SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Fırında toyuq budu dolması resepti

whatsappda paylaş Whatsapp-la göndər
Fırında toyuq budu dolması resepti
Tərkibi: - 7 ədəd bütün bud, - 1,5 su stəkanı düyü, - Yarım çay stəkanı duru yağ, - 1 şorba qaşığı plovlıq fıstıq, - 2 şorba qaşığı quş üzümü , - Bir az duz, - Bir az istiot, - Yarım dəstə cəfəri, Sosu üçün: - 2 şorba qaşığı duru yag, - 2 dis sarımsaq, - 1 şorba qaşığı qatıq, - 1 çay qaşığı pul bibər, - 1 çay qaşığı istiot, - 1 şirniyyat qaşığı kəklik otu, - Duz Hazırlanması: Quş üzümünü yuyun, 20 dəqiqə isti suda saxlayın. Düyünü yuyun. Fıstıqla bərabər yağda bir az qovurun. Qaynar suyu əlavə edib vam odda bişirin. Plov suyunu çəkincə quş üzümlərini əlavə edin. Möhkəm qarışdırın qazanın qapağını örtüb bir az gözləyin və kiçik- kiçik kəsilmiş cəfərini əlavə edin. Bu arada toyuq budlarını hazırlayın. Toyuq budlarını gözəlcə yuyun . Üstündəki dəriyi qaldırmayın. İti bir bıçaqla budun kənarında içini acmağa başlayın. Bud hissəsinin yuxarısına doğru barmaqlarınızla bütün iç hissəsini cib kimi düzəldin. Budların sosu ücün sarimsagi rəndələyin. Qatıq ,pul bibər,istiot, kəklik otu və duzu möhkəm qarisdirin. Uc hissəsini açdığınız budların içinə plovu doldurun və açıq hissəsini kürdanla bağlayıb hazırlamış olduğunuz sosa bulayın və kürdanlar altında qalacaq şəkildə fırın torbasına yerləşdirib torbanın agzini azca aciq qalacak səkildə baglayin. Budları fırın tabağına da hazırladığınız sosu hər tərəfinıə yaymaqla yığa bilərsiniz. Üstünü alminium folqa ilə örtərək 200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin. İsti halda servis edin. Nuş olsun! Mənbə:dadli.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1265
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN