loading...

Quzu budu resepti

whatsappda paylaş Whatsapp-la göndər
Quzu budu resepti
Tərkibi: - 1 ədəd quzu budu (orta sümüyü çıxarılmış) - 2 ədəd quru soğan - 2 xörək qaşığı marqarin - 1 şirin qaşığı bibəriyə - 1 çay qaşığı duz - 1 çay qaşığı istiot Hazırlanması: Marqarini əridin. Quzu budunu yuyub düz bir şəkildə qazana yerləşdirin. Soğanları dördə bölün. Ətin üzərinə qoyun. Qazanın qapağını bağlayın. Ət suyunu buraxıb çəkənə qədər gözləyin. Qapağı açıb budu kotlet kimi qızardın. Bibəriyə, duz və istiot atın. Üzərini örtəcək qədər su əlavə edin. Az odda təxminən 2 saat qədər bişirin. Qaynadılmış kartof ya da tərəvəz ilə servis edə bilərsiniz. Nuş olsun! Mənbə:dadli.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 860
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN