SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Boyun sağlamlığa təsiri. Təəccüblü faktlar!

whatsappda paylaş Whatsapp-la göndər
Boyun sağlamlığa təsiri. Təəccüblü faktlar!
Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olub ki, insanın boyu onun sağlamlığına təsir edir. Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişafının riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur. Alçaqboylu insanlarda (151-165 sm) ürək və damar xəstəliklərin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişafının riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur. Hündürboylu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olur. Təbii ki, bu heç də o demək deyil, ki bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək. Həkimlərin müşahidələrinə əsasən, alçaqboylu insanlar hündürboylu insanlarla müqayisədə daha çox yaşayır. Hündürboylu insanlarda şəkərli diabetin riski daha çoxdur. Boyu 183 sm-dən artıq olan insanlarda ayaq damarlarında trombların əmələ gəlməsi riski daha çoxdur. Hündürboylu insanların ayaqlarında qan daha asta hərəkət edir ki, bu da durğunluğa və nəticədə trombların əmələ gəlməsinə səbəb ola bilər. Bu həm kişilərə, həm də qadınlara aiddir. Boy tək insanın sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Belə ki, hündürboylu insanlar özünü daha xoşbəxt hiss edir, özünə daha çox güvənir. Alçaqboylu insanlar isə depressiyalara daha tez-tez düşür. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 793
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN