SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dişləri ağartmaq heç bu qədər asan olmamışdı!

whatsappda paylaş Whatsapp-la göndər
Dişləri ağartmaq heç bu qədər asan olmamışdı!
Dişlərinizi sarıköklə ağarda biləcəyiniz ağlınıza gələrdi? Qəribədir ki, sarıkök paltara, dəriyə töküldükdə sarı ləkə salsa da, ondan diş ağartmaq üçün istifadə edirlər. Sarıkök dişləri ağartmaqla yanaşı, ağrını kəsir və diş əti iltihablarının qarşısını alır. Bəs ondan necə istifadə etmək lazımdır? 4 xörək qaşığı sarıkökü bir qaba tökün. 2 çay qaşığı sodanı və 3 xörək qaşığı kokos yağını əlavə edib qarışdırın. Həmin qarışığı 2-3 dəfə istifadə edə bilərsiniz. Hətta şüşə bir qabda 1 həftə mühafizə də etmək olar. Diş fırçasının üzərinə 1 çay qaşığı töküb dişlərinizi 1-2 dəqiqə fırçalayın. Daha sonra su ilə ağzınızı yaxşıca yaxalayın. Həftədə 2-3 dəfə bu prosesi təkrarlayın. Hazırladığınız bu təbii diş məcununun tərkibindəki sarıkök dişləri ağardacaq və diş ağrılarının qarşısını alacaq. Soda dişdəki ləkələri təmizləyəcək. Kokos yağı isə ağız boşluğundakı bakteriyaları öldürəcək və ağız qoxusunun qarşısını alacaq. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 2846
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN