SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Portağal qabığından hazırlanan möcüzəvi maska

whatsappda paylaş Whatsapp-la göndər
Portağal qabığından hazırlanan möcüzəvi maska
Portağalın qabığı C vitamini və antioksidantlarla zəngindir. Hətta qabığı lətli hissəsindən də faydalıdır. Ona görə də qabığın tərkibindəki antioksidantlar dərinin daha gənc görünməsini təmin edir, yaşlılıq əlamətlərini aradan qaldırır. Portağal qabığının tərkibindəki turşular sayəsində dəri ölü hüceyrələrdən təmizlənir, dəri daha parlaq və hamar görünür. Bu maska sayəsində sızanaqlardan xilas olacaq məsamələrin daraldığını, qara nöqtələrin azaldığını müşahidə edəcəksiniz. Maska hər dəri tipi üçün uyğun olsa da, əsasən, yağlı üz dərisinə sahib olanlara məsləhət görülür. Tərkibi: - 3 ədəd portağal - 2 çay qaşığı qatıq - 1 çay qaşığı bal Hazırlanması və tətbiqi: Portağalın qabığını soyun, xırda-xırda doğrayıb yuyun. 3 gün günəşin altında saxlayıb qurudun. Qeyd edək ki, apteklərdə hazır şəkildə qurudulmuş portağal qabığı satılır. İstəsəniz, ondan da istifadə edə bilərsiniz. Qabıqları blenderdən keçirərək toz halına salın. 2 çay qaşığı portağal qabığı ilə qatığı və balı qarışdırın. Maskanı təmiz dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə təmizləyin. Daha sonra üzünüzə 3-4 dəfə buz kimi soyuq su vurun. Bu maskanı həftədə 2-3 dəfə çəkmək lazımdır. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2987
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN