loading...

Kartof krujevasında toyuq resepti

whatsappda paylaş Whatsapp-la göndər
Kartof krujevasında toyuq resepti
Tərkibi: - 2 iri toyuq döşü - 6 kartof - 1 yumurta - 2 x.q. un - 100 q sürtgəcdən keçirilmiş pendir - 1 dəstə cəfəri - duz - qara istiot - bitki yağı Hazırlanması: Göyərtini doğrayıb sürtgəcdən keçirilmiş pendirlə qarışdırın. Toyuq ətini nazik lay doğrayın. Duz, istiot vurub quru tavada 2-3 dəqiqə qovurun. Teflon tavadırsa, azca bitki yağı da əlavə edin. Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin, sıxıb suyunu çıxarın. Yumurta, un və duz əlavə edib qarışdırın. Tavanı qızdırın. Dibini örtəcək qədər bitki yağı tökün. Kartofu içinə yayıb yastılayın. Bu minvalla kartof blini alınacaq. Təxminən 2-3 dəqiqəyə blinin bir üzü hazır olacaq. Çevirin. Bir yarısına toyuğu döşəyin. Üzərinə pendirlə göyərtini səpin. 2-3 dəqiqə sonra, alt tərəf qızaracaq, pendir əriməyə başlayacaq. O zaman blinin boş yarısını üzərinə qatlayın, hər iki üzünü 1 dəqiqə qızardın. Nuş olsun! Mənbə:dadli.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 709
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN