SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dəbdə 5 səhv

whatsappda paylaş Whatsapp-la göndər
Dəbdə 5 səhv
Xanımlar hər zaman dəbə uyğun geyinməyi sevir. Zövqlü görünmək istəyən xanımlar bəzən geyimlərində səhvlərə də yol verirlər. Dəbdəki 5 yanlış addımı təqdim edir: 1. Dekolte Seksual görünmək üçün bədəninizi çox nümayiş etdirməyin. Bu sizə seksual görünüş yox, adilik gətirəcək. Hədsiz dekolteli libas sizə pozitiv yox, mənfi baxışları cəlb edəcək. Buna görə də libaslarınızda az dekolteyə üstünlük verin. 2. Belsiz ətək və şalvar Bu cür geyim hər insana yaraşmır. Belə ki, belsiz şalvar və ya ətək artıq piyləri büruzə verir. O, həm də ayaqları qısa, beli isə kök göstərir. 3. Eyni dəb Bədən ölçülərinin dəyişməsinə əhəmiyyət vermədən eyni stildə gəzən xanımlar heç də dəbli görünmürlər. Çalışın moda sahəsindəki yenilikləri izləyib, bədən quruluşunuza uyğun və sizə yaraşan libaslar seçəsiniz. 4. Enli və ya dar libas Bədən quruluşunuzdan 1 ölçü kiçik şalvar geyinə bilərsiniz. Amma bu kənardan yaxşı görünürsünüz demək deyil. Eyni zamanda böyük ölçülü libasda əyninizdə gülməli görünəcək. Əgər böyük ölçüdə bir libası bəyənmisinizsə, dərziyə gedib onu özünüzə uyğun düzəltdirə bilərsiniz. 5. Yanlış parça Bəyəndiyiniz paltarın parçasına da fikir verin. Çox nazik bir parça bədəninizdəki artıq piyləri büruzə verəcək. Parçanı da bədəninizə uyğun seçin. Mənbə:qadinlar.biz
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1430
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN