SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Asan üsulla daha uzun kirpiklərə qovuşun

whatsappda paylaş Whatsapp-la göndər
Asan üsulla daha uzun kirpiklərə qovuşun
Kirpikləriniz tökülür və gün keçdikcə seyrəlirsə, dərhal onlara qulluq etməyə başlayın. Sağlam və uzun kirpiklərə qovuşmaq elə də çətin deyil. Sağlam qidalanın! Biz yediklərimizdən ibarətik. Odur ki, sağlam olmaq üçün keyfiyyətli və şəfalı qidalar yeməliyik. Sağlam qidalanaraq sadəcə, kirpiklərinizin deyil, saç və dırnaqlarınızın da gözəl görünməsinə nail olacaqsınız. C vitamini, və biotin ehtiva edən qidalardan bol-bol yeyin. A, D, E və K vitaminləri də kirpiklərin uzanmasına kömək edir. Makiyajlı yatmayın! Makiyajı təmizləmədən yatdıqda gecə boyunca gözlərinizdə qalan tuş və layner kirpik diblərinin hava almasına mane olar. Bu da kirpiklərin tökülməsinə səbəb olur. Odur ki, yatmazdan əvvəl mütləq makiyajınızı təmizləyin. Tuş və kirpikqıvırıcı Mütəmadi olaraq tuşdan və kirpikburandan istifadə etmək də zərərlidir. Bu kirpiklərin tökülməsini sürətləndirir. Həftənin ən az 2 günü kirpiklərə istirahət verin. Təbii yağlardan faydalanın! Kirpikləri qidalandıran yağlardan mütəmadi olaraq istifadə etmək lazımdır. Bunlardan ən təsirlisi gənəgərçək yağıdır. Həmçinin zeytun yağı da kirpiklərə yaxşı təsir edir. Pambıqlı çubuğu bu yağlardan birinə batırıb kirpiklərinizə çəkin. Diqqətli olun ki, yağ gözə düşməsin. E vitamini Kirpikləri uzatmağın ən təsirli vasitələrindən biri də E vitaminidir. O, kirpikləri qidalandırır və gücləndirir. E vitamini yağı (ampula şəklində satılır) alın və gecə yatmazdan öncə qulaq çubuğu vasitəsilə kirpiklərinizə çəkin. Kirpik diblərinə masaj Gündə bir neçə dəfə kirpik diblərini masaj edin. Masajla yanaşı, xüsusi kirpik darağı ilə daramaq da onlaırn uzanmasını sürətləndirəcək. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 3308
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN