loading...

Düyü salatı resepti

whatsappda paylaş Whatsapp-la göndər
Düyü salatı resepti
Tərkibi: - 2 su st. düyü - 1,5 su st. isti su - 1 su st. bitki yağı - 1 banka (250 q) Meksika qarışığı (yaşıl noxud, qarğıdalı, qırmızı bibər konservi) - 1 banka (250 q) xiyar turşusu - 1 dəstə şüyüd - 1 dəstə cəfəri - 1 dəstə göy soğan - 2-3 yarpaq xırda doğranmış marul (xırda yaşıl kələm) - 500 q qatıq - 3 x.q. mayonez - 1 qırmızı bibər - 1 sarı bibər - duz - istiot Hazırlanması: Düyünün üzərinə su töküb qaynadın, amma diri qalsın. Suyunu süzüb bitki yağı, duz, istiot əlavə edib qarışdırın. Meksika qarışığını əlavə edin, qarışdırın. Ocaqdan götürüb yarısını kənarı açılan formanın içinə tökün. Üzərini qaşıqla hamarlayın. Xiyar turşusunu dilimləyib üzərinə düzün. Başqa bir qabda göyərtiləri və marulu xırda doğrayıb qarışdırın, salatın üzərinə yayın. Qatıqla mayonezi qarışdırıb göyərtinin üzərinə çəkin. Düyünün qalan yarısını salatın üzərinə döşəyin. Üzərinə halqa doğranmış sarı və qırmızı bibərləri iç-içə düzün. Ortalarına mayonezli qatıqda çəkin. Nuş olsun! Mənbə:dadli.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1497
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN