SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Orxideya salatı resepti

whatsappda paylaş Whatsapp-la göndər
Orxideya salatı resepti
Tərkibi: - 300 q toyuq filesi - 200 q koreya üsulu yerkökü - 3-4 kartof - 1 xiyar - 2-3 yumurta - 100 q marinə edilmiş göbələk - 10 q kartof çipsləri - 150-200 q mayonez - 1 çimdik duz - 1 çimdik istiot Hazırlanması: "Orxideya" salatının bir neçə hazırlanma qaydası var. Fileni vetçina, marinə edilmiş göbələyi qızardılmışı ilə əvəz etmək olar. Toyuq ətini suda tam bişirin. Koreya üsulu yerkökünü azca xırdalayın (Koreya üsulu yerkökünü hazırlamaq üçün 500 q kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1,5-2 x.q. sirkə də əlavə edib qarışdırın). Kartofu suda qabıqlı bişirin. Yumurtaları suda qaynadın. Salat qabına öncə xırda doğranmış toyuq ətini döşəyin. Duz-istiot vurub mayonez çəkin. Kartofu təmizləyib kubik doğrayın, döşəyin. Duz vurub mayonez çəkin. Marinə edilmiş göbələkləri döşəyin. Yumurtaları təmizləyin, ağını sarısından ayırın. Yumurta ağlarını sürtgəcdən keçirib göbələyin üstünə döşəyin. Koreya üsulu yerkökünü döşəyin. Azca mayonez çəkin. Xiyarı yuyub qurudun, xırda kubik doğrayıb döşəyin. Salatın üstünə və kənarlarına mayonez çəkin. Soyuducuda minimum 1 saat saxlayın. Yumurta sarılarını sürtgəcdən keçirin. Kartof çipslərini salatın üstünə çiçək formasında düzün, aralarına yumurta sarısı səpin. Nuş olsun! Mənbə:dadli.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1768
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN