loading...

Bıçaqla kəsmək vitaminləri azaldırmı?

whatsappda paylaş Whatsapp-la göndər
Bıçaqla kəsmək vitaminləri azaldırmı?
Qidaların bıçaqla kəsilməsi onların tərkibindəki vitaminlərin itirilməsinə və ya azalmasına səbəb ola bilərmi? Qidaların tərkibindəki vitaminlərin azalması və ya tamamilə itməsinin səbəblərindən biri də qidanın hava ilə olan təmasıdır. Havadakı oksigenlə təmasa girən vitamin molekulları bir növ oksidləşməyə məruz qalaraq təsirsiz hala gəlir. Qidanın bıçaqla kəsilməsi, qabığının soyulması, doğranaraq hissələrə ayrılması hava ilə təmasa girən bir çox səthin yaranmasına səbəb olur. Bunun nəticəsində də vitamin itkisi artır. Həmçinin bu müddətdə keçən zaman da çox önəmlidir. Soyularaq hissələrə ayrılan qida yeyilməzdən əvvəl nə qədər uzun müddət açıqda qalarsa, hava ilə təması da bir o qədər uzun çəkər və nəticədə yenə də vitamin itkisi çox olar. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 617
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN