SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Döş ağrıları

whatsappda paylaş Whatsapp-la göndər
Döş ağrıları
Döş ağrıs (mastalgiya)ı dedikdə süd vəzində ağrı da daxil olmaqla istənilən diskomfort nəzərdə tutulur. Süd vəzində olan ağrılar iki qrupa bölünür. Birinci qrupa aybaşı tsikli ilə bağlı olan döş ağrıları aid edilir. Adətən aybaşı tsiklinin ikinci hissəsində döşdə gərginlik və ağrı əmələ gəlir və tsiklin başlanğıcına yaxınlaşdıqca artır. İkinci qrup döş ağrılarının aybaşı tsikli ilə əlaqəsi yoxdur. Aybaşı tsikli ilə bağlı olan ağrılar adi hal hesab edilir və 30-50 yaş arasında olan qadınlarda daha çox rast gəlinir. Menopauza dövründə olan qadınlarda isə bu tip döş ağrıları qeyd edilmir. Aybaşı tsikli ilə bağlı olan ağrılar qadınların çoxunda mülayim keçir. Amma bəzilərində isə aybaşına 1-2 həftə qalmış başlayır və kəskin olur. Aybaşına 3-5 gün qalmış ağrılar daha dözülməz olur. Period başlayan kimi ağrılar səngiyir. Ağrılar adətən hər iki döşdə qeyd edilir. Ağrılarla paralel döşlərdə böyümə və gərginlikdə qeyd edilir. Aybaşı tsikli ilə bağlı olan ağrıların səbəbi bəzi qadınlarda süd vəzilərinin hormonal dəyişikliklərə çox həssas olmasıdır. Bu hal patoloji olmasa da qadınların həyat keyfiyyətini azalda bilən faktordur. Aybaşı tsikli ilə bağlı olamayan ağrılar adətən qadınlarda 40 yaşından sonra meydana çıxır və davamlı xarakter daşıyır. Bəzi hallarda ağrılarda fasilələr ola bilir. Ağrılar bir və ya hər iki döşdə qeyd edilə bilər. Ağrıların səbəbləri aşağıdakılar ola bilər: - Döş toxumasının özündən qaynaqlanan ağrılar. Heç bir törəmə və zədələnmənin olmadığı döşdə bu ağrıların səbəbi tam bəlli deyil. - Süd vəzinin altında olan əzələ və ya sümük zədələnməsi. - İnfeksiya - Süd vəzinin xərçəngi - Süd vəzinin xoş xassəli şişləri Həkimə nə zaman müraciət etməli? Aybaşı tsikli ilə bağlı olan ağrılar əksər hallarda mülayim keçir və bu ağrılar səbəbindən həkimə müraciət etməyə də bilərsiniz. Belə ağrılar bəzi aylarda olur bəzən olmur gəlib-gedən xarakter daşıyır Aybaşı ilə əlaqəli ağrılar çox çox şiddətli olarsa bunları edə bilərsiniz: - Süd vəzilərinə dayağın artırılması. Bunun üçün süd vəzilərini yaxşıca sıxa biləcək liftçik geyinmək tövsiyyə olunur. Bəzi qadınlar hesab edirlər ki, aybaşından bir həftə öncə 24 saat ərzində kip liftçiyin geyinilməsi ağrıların səngiməsinə kömək edir. - Ağrı kəsicilərin istifadəsi. Paracetamol və iboprofen istifadəsi ağrıların azalmasına kömək edir. - Kaffein qəbulunun azaldılması. Bəzi qadınlar kaffeinin istifadəsinin ağrıları kəskinləşdirməsi qənaətindədirlər. - Kontraseptivlərin və ya hormonal dərmanların istifadəsi ağrıları artıra bilər. - Hormonları blok edən dərmanların qəbulu ağrıları azalda bilər. Bunlara danazol, bromocriptine, tamoxifen, goserelin kimi dərmanlar aid edilə bilər. Aybaşı tsikli ilə bağlı olmayan ağrılar zamanı təxirəsalınmadan həkimə müraciət etməlisiniz. Çünki bu ağrıların əsasında çox ciddi səbəblər dura bilər. Həkiminiz bu səbəbləri müəyyən edəndən sonra uyğun müalicə taktikası müəyyən edəcəkdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 13986
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN