SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Səhvsiz insan yoxdur

whatsappda paylaş Whatsapp-la göndər
Səhvsiz insan yoxdur
Hər bir insan həyatının müəyyən dövrlərində müxtəlif səhvlər edir. Edilən səhvlər insanın həyatı anlamasına, özünü inkişaf etdirməsinə, yeni şeylər öyrənməsinə şərait yaradır. Bunlarla yanaşı, edilən səhvlər insanın əhvəl ruhiyyəsinə əsaslı təsir göstərir. Etdiyi səhvin təsirindən uzun müddət çıxa bilməyən insan peşmançılıq hissi yaşayır, daima özünü və ya başqalarını günahlandırır. Lakin, bu məqamda daimi bir günahkar axtarışı düzgün deyildir. Əsas olan edilən səhvlərdən doğru nəticələr çıxarmaq və bu səhvi bir daha təkrarlamamaqdır. Reallıq isə çox vaxt belə olmur. Bəzən insanlar eyni səhvi dəfələrlə təkrar edirlər. Qarşılaşdıqları mənfi hadisələrdən sonra bir daha bu səhvi etmərəm deyən insanlar başqa bir situasiyada özlərinin də xəbəri olmadan eyni səhvi təkrarlayırlar. Bəs görəsən insanlar niyə eyni bir səhvi dəfələrlə təkrar edir? 1.İlk səbəb insanın qarşılaşdığı situasiyaların fərqli olmasıdır. Şəxs hər bir hadisəni yeni olaraq qəbul edir və ona uyğun ən düzgün qərarı verməyə çalışarkən, əvvəl də buna bənzər hadisə ilə qarşılaşdığını, yalnış qərar verdiyini və ya yalnış seçim etdiyini unudur, hadisələr arasında əlaqə yarada bilmir. 2.Bir çox şəxs dəfələrlə eyni səhvi təkrarlamağı unutqanlıqla əlaqələndirir. Əvvəlki səhvlərdən nəticə çıxara bilməyən, səhvin mahiyyətinə vara bilməyən insanlar etdiyi səhvləri tezliklə unudur və eyni səhvləri təkrarlayır 3.Digər bir səbəb isə inam və ümid hissidir. Bu dəfə hərşeyin dəyişəcəyinə, fərqli olacağına inanan, ümid edən insanlar eyni səhvi təkrarlaya bilirlər. Əlbəttə bir dəfə uğursuzluqla qarşılaşan insan ümüdünü üzməlidir deyə bir şey yoxdur. Sadəcə yeni bir hadisə ilə qarşılaşan zaman onu hərtərəfli düşünməyi və analiz etməyi bacarmaq lazımdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 697
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN