SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Menstruasiya

whatsappda paylaş Whatsapp-la göndər
Menstruasiya
Mensturasiya qadının gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən və müntəzəm olaraq hər ay müəyyən vaxtda baş verən bir prossesdir. Bu prosses qadının orqanizmindən asılı olaraq 10-16 yaşlarından başlayır, təqribən 28 gün fasilə ilə hər ay 3-7 gün baş verir və 45-50 yaşadək davam edir. Bu zaman qadınlar 80-85 ml-dək maye itirir, onun da 35 ml-si qandır. Menstruasiya və şiddətli ağrılar Qadınların bəzilərində şiddətli ağrılar olsa da, bir qisim xanımlar bu prosesi nisbətən yüngül keçirirlər. Hər üç qadından ikisi aybaşı və ya menstruasiya zamanı ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə, halsızlıq kimi neqativ hallarla üzləşirlər. Xüsusilə də yeniyetmələrdə ağrılı menstruasiya daha çox müşahidə olunur,ürəkbulanma,diareya,başgicəllənmə,baş ağrıları,ürəkgetmə ilə özünü göstərir. Adətən, ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və mensturasiyanın 3-cü günü azalır və ya tamamilə kəsilir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini də itirirlər. Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir. Ağrılı menstruasiya digər xəstəliklər kimi müalicə tələb edir. Yaxşı inkişaf etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi kimi problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual ifrazatın axmasına əngəl yaradır. Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq, psixoloji və ya əsəb pozğunluğu da ağrılara səbəb ola bilir. 40-50% qadınlarda ağrı genetik xarakter daşıyır. Menstruasiya və psixoloji gərginlik Yuxusuzluq, yorğunluq, stress, siqaret çəkmək, çoxlu miqdarda qəhvə qəbul etmək menstruasiya zamanı ağrılar yaradır. Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskini artırır. Ağrını aradan qaldırmaq üçün təkcə dərmanlara deyil, eləcə də xalq təbabətinə müraciət edib effektli nəticə əldə etmək olar: -ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək də mümkündür); -qarının aşağısına isti kompress etmək; -3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyib, gündə 2 dəfə yarım stəkan olmaqla qəbul etmək; Həmçinin çobanyastığı, nanə dəmləmələri də ağrını aradan götürməyə kömək edir. Aybaşı zamanı yüngül idmanla məşğul olmaq da bəzi ağrıların azalmasına səbəb ola bilər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 5540
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN