loading...

Qadınların sevdiyi hədiyyələr

whatsappda paylaş Whatsapp-la göndər
Qadınların sevdiyi hədiyyələr
Qadınlar hədiyyə mövzusunda çox həssasdırar və sadəcə xüsusi günlərdə deyil, hər zaman hədiyyə almağı sevirlər. Ancaq kişilər üçün biz qadınlara hədiyyə seçmək əslində çox məşəqqətli bir prosesdir. Çünki bir çox kişilərə görə qadınların zövqü daha yüksəkdir. Hətta elə hədiyyələrimiz olub ki, xoşumuza gəlməsə belə, qarşımızdakının xətrinə dəyməmək üçün bunu bildirməmişik və özümüzü bəyənmiş kimi göstərmişik. Ancaq bu o demək deyil ki, mükəmməl hədiyyələr təşkil edənlər yoxdur. Təbii ki, var. İndi isə hədiyyə axtaran kişilərə kiçik bir kömək etmək fikrindəyəm. Qadınların çox böyük əksəriyyəti aşağıdakı bu 10 hədiyyəyə yox deməz. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Sürpriz tətil biletləri Həyat yoldaşınızı gözləmədiyi bir anda tətilə getmək üçün bilet alaraq çaşdıra və sevindirə bilərsiniz. Ölkə xaricində və ya ölkədaxili istirahət mərkəzlərinin birində bir neçə gün istirahət etməyə əsla yox deməyəcəkdir. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Bəzək əşyaları Qadınların çoxu bəzək əşyalarını sevir. Çünki qadınlar üçün xarici görünüş hər zaman önəmlidir. Hər zaman, hər yerdə gözəl və mükəmməl görünmək istəyirlər. Bunu isə bəzək əşyaları tamamlaıar. Ona görə də xanımınızın zövqünə uyğun olan bəzək əşyası alıb ona sürpriz edə bilərsiniz. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Çiçəklər Qadınlar hər zaman çiçəkləri sevirlər. İstər buket olsun, istərsə də ev bitkiləri olsun, əgər həyat yoldaşınızın hansı gülü sevdiyini bilirsinizsə, demək, işiniz daha asandır. Sizə düşən sadəcə bir dəstə ətirli gül almaqdır. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Mükəmməl ayaqqabı Ayaqqabı hər qadın üçün önəmlidir. Bir çox qadınlar hər paltara bir cüt ayaqqabı uyğunlaşdırmağı sevir. Bu işdə ona sürpriz edərək kömək edə bilərsiniz. Amma diqqətli olun ki, ayaq ölçüsünü düzgün götürün. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Yumşaq oyuncaqlar Yumşaq oyuncaqlar adətən gənc xanımların çox sevdiyi hədiyyədir. Əgər xanımınıza şirin bir hədiyyə təşkil etmək istəyirsinizsə, o zaman ona yumşaq oyuncaqlardan alın və əmin olun ki, bu, onun çox xoşuna gələcək. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Sevdiyi yazıçının kitabları Əgər yoldaşınız ədəbiyyatı və kitab oxumağı çox sevirsə, ona sevdiyi bir yazıçının kitabını ala bilərsiniz. Oxumağı sevən qadınlar kitaba həddindən artıq dəyər verər. Köhnə və ikinci əl kitabları sevən qadınlar üçün belə bir hədiyyə əvəzedilməz bir sürpriz olacaqdır. Belə bir hədiyyə ilə onu yenidən özünüzə aşiq edə bilərsiniz. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Şokolad Şirniyyat qadınların vazkeçilməzidir. Artıq çəki ucbatından şirniyyatı çox yeməsək belə, şokolada qarşı hər zaman xüsusi bir sevgimiz olub. Siz gözəl bir bağlama içində və içində gözəl sözlər yazdığıınz notlarla yoldaşınıza bir qutu şokolad hədiyyə edə bilərsiniz. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Sürpriz şam yeməyi Qadınlar sürpriz kimi təqdim edilən hər bir şeyi xoşlayırlar. Onu romantik bir şam yeməyinə aparmaq gözəl bir fikirdir. Ancaq bu yeməyi sizin hazırlamağınız daha da mükəmməl olar. Əllərinizlə onun üçün hazırladığınız yeməkləri gördükdən sonra sizə yenidən aşiq olması normal bir haldır. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Üzərində şəklinizin olduğu əşyalar Yoldaşınızla olan şəklinizi hər hansısa bir əşyaya (yastıq, stəkan, pazl) vurdura bilərsiniz. Bu, onun üçün ən dəyərli bir hədiyyə olacaqdır. Qadınların imtina edə bilməyəcəyi hədiyyələr Çanta Geyimlərimizin tamamlayıcısı, qadınlar üçün vazkeçilməz bir aksessuar. Hədiyyə olaraq çox gözəl bir çanta ala bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 681
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN