SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yaşımızı gizlətmək doğrudurmu?

whatsappda paylaş Whatsapp-la göndər
Yaşımızı gizlətmək doğrudurmu?
Biz qadınlar gənc olarkən tez böyüməyə yaşımızın böyük olmasına tələssək də, bir müddət sonra bunun tam əksini istəyirik. Yaşımız artdıqca ətrafdakılar 3-4 yaş aşağı olduğumuzu söyləyir, bununla hamıya daha gənc olduğumuzu sübut etmək istəyirik. İllərlə qadının yaşını gizlətməsi haqqında mübahisələr səngimək bilmir. Əlbəttə, gözəl xanımlara yaşlarını gizlətmək özünə inam yaradır. Lakin yaşımızı gizlətmək nə qədər doğrudur? Bu gün bunu araşdıraq və bu suala cavab tapmağa çalışaq. Yaşını gizlətmək hər bir xanımın şəxsi işidir. Çox zaman gözəl xanımla tanış olan kişini də onun yaşı çox da maraqlandırmır. Lakin xanımlar bilməlidirlər ki, bir gün bu yalanın üstü mütləq açılacaq. Belə yalanı qeyri-ciddi münasibət qurduğunuz kişiyə deyə bilərsiniz, lakin sevdiyiniz kişiyə bu yalanı demək düzgün deyil. Çünki siz bu kişi ilə uzun müddət birlikdə olmaq istəyirsiniz. Bəyəndiyiniz kişi ilə tanış olduqdan sonra səmimi söhbət əsnasında yaşınızı ona söyləməli, onun da yaşını öyrənməlisiniz. Əgər qarşınızdakı insan bunu problem etmirsə, daha yaxşı. Gələcəkdə əsl yaşınızı öyrəndiyində utanmaqdansa, indi daha səmimi olmaq yaxşıdır. Müasir zəmanəəmizdə çox ailələr var ki, qadınla kişinin yaş fərqi var və qadınlar kişilərdən 1-2 və 4-5 yaş böyüdürlər. Çox zaman bu heç bir problem yaşatmır. Ona görə narahat olmağa dəyməz. Qarşınızdakı şəxs sizi sevirsə, o sizin aranızda olan yaş fərqini problem etməyəcək. İmicinizi xilas etmək üçün yalana əl atmaq lazım deyil. Yaşı problem edən kişilərlə bərabər problem etməyən kişilər də var. Bəzən bəyəndikləri bəyi itirmək qorxusundan yaşlarını gizlədirlər. Lakin həqiqəti demək mütləqdir. Bəlkə də, o heç buna əhəmiyyət verməyəcək. Əgər o bunu qlobal bir problemə çevirəcəksə, heç belə ailə sizə lazım deyil. Çünki bu ömür boyu sizi təqib edəcək. Həmişə ailədə söz-söhbətə gətirib çıxaracaq. Bundan başqa təcrübəli kişi sırf sizin səmimiyyətinizi yoxlamaq üçün sizin yaşınızı öyrənmək istəyə bilər. Bu zaman siz yalan danışsanız, artıq sizin səmimiyyətinizə inanmayacaq. Əgər yaş həddinizi gizlətmək istəyirsinizsə, belə bir oyun da edə bilərsiniz. Əgər sizdən yaşınızı soruşursa, siz ona "özün fikirləş, mənə neçə yaş verərsən" deyə cümlələr işlədə bilərsiniz. Bu zaman o, sizə istədiyiniz yaşı deyəcək. Siz naz edərcəsinə bunun üstündən gülüb keçin. Yaşımızı gizlətmək nə qədər doğrudur? Bu zaman yalan danışmış olmayacaqsınız. Və zaman-zaman yaşınızı bildirəcəksiniz. Əgər hər iki şəxs arasında sevgi varsa, yaş fərqi heç bir zaman problem olmayacaq. Unutmayın ki, kişilərin çoxu daha yaşlı və təcrübəli xanımlara üstünlük verir. Yaşını gizlətmək hissi qadınlara xas, təbii hal olsa da, buna ehtiyac olmadığına inanırıq və gizlətməməyi məsləhət edirik. Səmimilik daha vacibdir yaxın münasibətərdə. Əziz xanımlar, unutmayın ki, siz hər yaşda gözəlsiniz. Hər yaşın öz gözəlliyi var. Və sizi sevən yaşınıza görə deyil, xasiyyətinizə, dürüstlüyünüzə və ona qarşı olan hisslərinizə görə sevəcək və qiymətləndirəcək.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 456
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN