SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Estetik plomblar necə hazırlanır?

whatsappda paylaş Whatsapp-la göndər
Estetik plomblar necə hazırlanır?
Estetik plomblar necə hazırlanır? Estetik plomblar, hazırlanmış oyuqlara təbəqə-təbəqə yerləşdirilir və hər bir təbəqə xüsusi bir işıq ilə sərtləşdirilir. Bu proses qurtardıqdan sonra Estetik plomblar dişə görə formalaşdırılır və düzəldilir. Bütün bu proseslər amalgam plomb prosesindən daha uzun müddət davam edər. Ancaq amalgamın ən az iki misli qədər daha bahalıdır. Estetik plombların ağızda qalma müddəti də 7-10 ildir ki, bu müddət amalgamın ömrünə yaxındır. Ancaq çox böyük plomblarda vəziyyət amalgamın lehinədir. Üstünlükləri və mənfi cəhətləri: Bu plombların ən böyük üstünlükləri estetik olmalarıdır. Bundan başqa bu plomblar dişlərə yaxşıca bağlandığı üçün diş toxumalarını dəstəkləyir, qırılmalara və istilik keçməsinə mane olur. Mürəkkəb tərkibli maddələr, sadəcə çürükləri restavrasiya etmək üçün deyil, dişlərin rəngini və formasını dəyişdirərək kosmetik təsirləri üçün də istifadə edilə bilər. Ən əhəmiyyətli mənfi cəhəti prosesdən sonra həssaslıqların olmasıdır. Plombların rəngləri qəhvə, çay kimi rəngləyici yeməklərlə də azca dəyişə bilməkdədir. Estetik restavrasiyalardan sonra xəstələrə xəbərdarlıqlar Mürəkkəb tərkibli maddələrdə də artıq eyni seansda polisaj prosesi həyata keçirilə bilməkdədir. Ancaq çox böyük restavrasiyalar, ya da çox diş üçün edilən ardıcıl restavrasiyalarda xəstəni bir dəfə daha kontrola çağırıb varsa lazımlı düzəltmələri etmək həm estetik, həm də funksional baxımdan çox daha yaxşı olacaqdır. Bu materiallarla qabaq dişlərdə çox böyük itkilər birpa edilə bilməkdədir, bu səbəblə xəstələrin dişləmə zamanı diqqətli olmalarının bu restavrasiyaların ömrünü uzadacağının da izah edilməsi lazımdır. Xüsusilə fasial üzdə edilən tətbiqatlardan sonra nə qədər yaxşı polisaj edilmiş olsa da rəngləyə bilən yemək və içkilərin plombların rənglərini dəyişdirə biləcəyi yenə xatırladılmalıdır. Sürtünmə səbəbi ilə restavrasiya edilmiş dişlərdə daha çox diqqət yetirilməsi lazım olan şey də xəstəyə çox sərt olmayan diş fırçaları məsləhət görmək və fırçalama üsullarında düzəlişlər edə bilmələrini təmin etməkdir. Geniş fasial üz restavrasiyaları üçün də bu məsləhətlər görülməkdədir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 444
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN