Qısqanclıq bizdə niyə var?

whatsappda paylaş Whatsapp-la göndər
Qısqanclıq bizdə niyə var?
Qısqanclıq bizdə niyə var? Qısqanclıq – bizim üçün önәmli olan insanlar tәrәfindәn lazımi diqqәt, qayğı vә sevgi görmәdikdә yaranır. Sevdiyimiz şәxsin diqqәti, hörmәti vә sevgisi başqa obyektlәrә yönәldikdә biz bunu ağrı vә kәdәr hissi ilә qarşılayırıq. Qısqanclıq yalnız emosional әlaqә vә bağlılıq olan insanlar arasında baş verir. Hәmin әlaqәlәrin kәsilmәsi qorxusu qısqanclıq hissinin peydә olmasına sәbәb olur. Qısqanclığın səbəbləri: 1. Özünü aşağı qiymәtlәndirmә: İnsan özünü, şәxsi keyfiyyәtlәrini düzgün qiymәtlәndirmәyәndә, özünü başqaları ilә müqayisә etmәyә başlayır. Müqayisә zamanı insan avtomatik olaraq başqalarında ancaq müsbәt keyfiyyәtlәri görür vә özündә olan mәnfi cәhәtlәrlә müqayisә etmәyә başlayır. 2. Başqası üzәrindә sahibkarlıq hissi: İnsanlar münasibәtlәrә başlayanda partnyoru üzәrindә müstәsna hüquqlara malik olduğunu düşünürlәr vә parntyorun istәnilәn tәkbaşına atılmış addımı, qәrarı, şәxsi maraq vә şәxsi sirrlәri qәbul olunmaz olmağa başlayır. Bu hal düzgün deyil. Çünki istәnilәn insanın daxili “mәn”¬nә hörmәt etmәk lazımdır. 3. Tənhalıq-belə halda qısaqanan insan təkcə sevdiyi insanı itirdiyi üçün deyil eyni zamanda özünün də tənha qalacağından qorxur.tənhalığı sevməyən daima kiminsə həyatında olmaq istəyən şəxslər sevdiyi şəxsin soyuq münasibətini qəbul edə bilmir və nəticədə qısqanclıq yaranır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 422
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN