SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kəşf edilmiş güzgü

whatsappda paylaş Whatsapp-la göndər
Kəşf edilmiş güzgü
Günümüzdən 4 min əvvəl, Şumerlər, Hindlilər, Misirlilər və İtaliyanın şimal seqmentlərində, yanardağ lavalarının parlaq artıqlarının cilalanmasıyla, görünüşü əks etdirən ilk aynalar kəşf edildi. İlk şüşə güzgülər isə 12-ci əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib. İlk güzgülərin düzəlməsi sirrini Venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi. Gümüşləmə üsuluyla ayna əldə etmə texnikası isə 14-cü əsrdə Venedikdə inkişaf etdirildi. Venediklilər, bir şüşə təbəqəsinin arxa səthinə civə sürtərək, ayna etməyi bacardılar və otarixdən sonra bu şüşə parçası, xüsusi ilə qadınların əllərindən düşməz oldu. İlk otaqlarda yerləşdirilən böyük aynalar isə ilk dəfə 14-cü əsrdə Almaniyanın Nürnberg şəhərində kəşf edildi. Şüşə ustaları, üfləmə üsuluyla şüşə kürələr meydana gətirdikdən sonra, bunları ortadan ikiyə bölürlər, sonra da iç qisimlərini incə bir civə təbəqəsiylə örtərək aynanı əldə edirlər. Müasir texnologiyalarla ayna əldə etməyin yollarını isə, 1835-ci ildə Alman kimyaçısı Justus von Liebig tərəfindən kəşf edildi. Gümüşnitrat xüsusi bir üsulla şüşəyə töküldüyündə, içindəki gümüş şüşəyə yapışır və beləcə də son dərəcə dəqiq görünüş verən bir ayna əldə edilirdi.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 385
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN