SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

0-1 yaş üçün hansı oyuncaqlar lazımdır?

whatsappda paylaş Whatsapp-la göndər
0-1 yaş üçün hansı oyuncaqlar lazımdır?
Bu dövrdə (0-1 yaş) körpələr oyuncaqlarla oynaya bilməsələr də onlara maraq edirlər. Ən kiçiklər üçün oyuncaqlar ilk növbədə hiss orqanlarını inkişaf etdirmək üçün olmalıdır: gözləri, qulaqları, əlləri. Və hələlik uşağın əsas ehtiyacı - istini hiss etməyə yönəlib və buna görə də körpələrin birinci oyuncaqları yumşaq və istilik bəxş edən olmalıdır. Oyuncaqlar körpənin toxunma hissi vasitəsilə dünyanı dərk etmək işini asanlaşdıracaq. Ən yaxşı oyuncaqlar - dişlənməsi mümkün olanlardır. Onlar yumşaq materiallar hazırlanmalıdır - (plastmas, rezin.) Yuyulan və yüngül olmalı, ancaq uzunsov olmamalıdır ki, uşaq ağzına qoymasın, çünki boğula bilər. Oyuncaqların rəngi parlaq olmalıdır. Yaxşı olar ki, səsli olsunlar. 1 yaşa qədər uşaqlara nələr lazım ola bilər? 1. Musiqili oyuncaqlar - balaca pianolar, tütəklər, zınqırovlar, zəngli çəkiclər, balaca nağara. 2. rezin halqalar( diş üçün) 3. inkişaf etdirici oyun xalçası. 4. Asılan mobil oyuncaqlar. 5. Parça top. 6. Yumşaq plasmasdan hazırlanan rəngli kublar. 7. Piramida. 8. Matryoşka 9. Vannada oynamaq üçün oyuncaqlar. 10. Səs çıxaran kitablar 11. Selofan kitablar 12. Yula. 13. Balaca tüksüz yumşaq oyuncaqlar 14. İç-içə yerləşə bilən fincanlar. 15. Yellənən oyuncaqlar ( atlar, ördəklər, itlər)
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 762
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN