SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yerkökü sabunu ilə gözəlləşin

whatsappda paylaş Whatsapp-la göndər
Yerkökü sabunu ilə gözəlləşin
Sabun hər gün istifadə etdiyimiz gigiyenik məhsullardan biridir. Ancaq satışda olan sabunların əksəriyyəti kimyəvi maddələrlə dolu olduğu üçün həm sağlamlığa zərər verir, həm də dərinin pH balansını pozur. Belə halla üzləşməmək üçün ən yaxşı çıxış yolu sabunu ev şəraitində hazırlamaqdır. Belə sabun yaşlanma əlamətlərini aradan qaldırır, dərini nəmləndirir, sızanaqları yox edir. Yerkökü və balın tərkibindəki vitaminlər dəri hüceyrələrini yeniləməyə kömək edir. Dərinin təbii pH balansını qorumaq üçün də təbii sabun ən yaxşı vasitədir. Tərkibi: 300 ml kokos yağı 400 ml zeytun yağı 100 ml badam yağı 200 ml su (yerkökünü bişirmək üçün) 100 qram püre halına salınmış yerkökü 110 qram natrium hidroksid Yarım xörək qaşığı təbii bal 10 damcı yerkökü toxumu yağı Hazırlanması: Əllərinizə əlcək keçirin. Sabunu hazırlamaq üçün taxta qaba və qaşığa ehtiyacınız olacaq. Bunları hazır etdikdən sonra yerkökünü yumşalana qədər qaynadın. Suyunu süzün, ancaq atmayın. Yerkökünü əzib püre halına gələnə kimi qarışdırın. Daha sonra yerkökü püresini ondan əldə etdiyiniz su ilə təkrar qarışdırın. Natrium hidroksidi yerkökünə əlavə edib taxta qaşıqla qarışdırın. 5 dəqiqə keçdikdən sonra yağları və balı da əlavə edin. Qarışığı silikon qablara tökün. 2 gün qaranlıq yerdə saxlayın. Vaxt tamam olanda sabundan istifadə edə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 867
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN