SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ev işləri görmək zərərli imiş

whatsappda paylaş Whatsapp-la göndər
Ev işləri görmək zərərli imiş
Amerika alimləri israr edirlər ki, qadınlar karyera ilə ev işlərini birləşdirməklə öz həyatlarına çox təhlükə yaratmış olurlar. ABŞ tədqiqatçıları iddia edirlər ki, işləyən qadınlar üçün ev işi ilə ofis işi bir yerdə çox təhlükəlidir. Əgər qadın həm ev işi ilə məşğul olursa, həm də işləyirsə, bu onun sağlamlığına ciddi ziyan vurur. Bu ürək-damar sisteminin xroniki xəstəliklərinə gətirib çıxaran amillərdən biri olur. Ekspertlər ofis işi ilə ev işini birləşdirən qadınlar arasında sorğu keçirib belə bir nəticə əldə ediblər ki, belə qadınlar işləməyən qadınlardan daha tez-tez arterial qan təzyiqi problemi ilə rastlaşırlar. Belə həyat tərzi sürən qadınlar heç bir vaxt özlərinə vaxt ayırıb dincələ bilmirlər. Hətta belə həyat ritmi keçirən qadınlar övladlarına da vaxt ayıra bilmirlər. Beləliklə, onlar daim stressdə yaşayırlar və bu da onların sağlamlığında öz əksini tapır. Ev işlərilə məşğul olmaq və mətbəxdə günün çox hissəsini keçirmək sağlamlığın əksi olan reytinqlər çoxluğuna daxil olub. Belə hallardan qaçmaq üçün qadınlara ev işlərində kömək etməyi həyat yoldaşlarına məsləhət görülür. Uşaqların qayğısına qalmaq və ev heyvanları ilə məşğul olmaq sağlamlığa heç bir təsir etmir. Ekspertlər təsdiq ediblər ki, müəyyən meditasiyalar etmək infarkt miokardın qarşını alır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 845
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN