SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qarın əridən 5 məşq

whatsappda paylaş Whatsapp-la göndər
Qarın əridən 5 məşq
Qışda yediklərimizə bir az laqeyd yanaşdıq. Buna görə qarın bölgəmiz əvvəlki kimi deyil. Belə sürətli bir proqram olsa da, tez əritsək, necə gözəl olardı. Amma məşqlərin çox vaxt aparmasını istəmirik. Sizə təklif etdiyim məşqlə gündə 15 dəqiqə etmək şərti ilə daha möhkəm bir qarına sahib ola bilərsiniz. 1) Taxta Məşq proqlamlarının ən vacibidir. Bu məşq ilə bədəndə birdən çox bölgə işləyə bilər və qarın bölgəsi üçün olduqca təsirlidir. Üz üstdə mövqedə əllər qabağı göstərəcək formada dirsəklər üzərində dayanırıq. Daha sonra növbə ilə sinəni, ombanı və qıçları yerdən qaldırırıq. Ancaq qollar və ayaq barmaq ucları yerlə təmasda olmalıdır. Bu mövqedə 20 saniyə gözləyirik. Gündə bir dəfə etməyiniz kifayətdir. 2-ci gündə də 20 saniyə edirik. Daha sonra hər iki gündə bir müddəti 10 saniyə artırırıq. 2) Körpü qurma Arxa üstdə uzanaraq ayaq dabanları yerdə olmaq şərti ilə dizləri bükürük. Düz bir xətt altında ombamızı qaldırırıq. Son nöqtədə 5-ə qədər sayırıq. Yavaşca buraxırıq. 3) Crunch Arxa üstdə vəziyyətdəykən dizlər bükülü sola doğru qalxın, eyni vaxtda sol dizinizi özünüzə doğru çəkin. Sağ dirsəyinizi sol dizinizə dəydirməyə çalışın. Ara vermədən arxasından sol dirsəyinizi sağ dizinizə dəydirməyə çalışın. 4) Simit məşqi Ayaqüstə dayanaraq uzun bir çubuğu boyun arxasına keçirərək, çiyinlərinizə yerləşdirin və dirsəklərinizlə tutun. Ayaqlarınızı çiyin genişliyində açın və yerə möhkəm basın. Omba və qıçlarınız sabit olaçaq formada gövdənizi sağa çevirməyə çalışın və ara vermədən onun arxasından sola doğru çevirin. 5) Yan qarın məşqi Ayaqüstə dayanaraq uzun çubuğu boyun arxasına keçirərək, çiyinlərinizə yerləşdirin, dirsəyinizlə tutun. Ayaqlarınızı çiyin genişliyində açın və yerə möhkəm basın. Omba və ayaqlar sabit olacaq formada sağ yana doğru əyilin, arxasından son yana doğru əyilin. Hərəkətləri gündə maksimum 50 dəfə edin. Çünki çox edilən məşq həddindən artıq əzələ yorğunluğuna gətirib çıxarır. Bu vəziyyətlə özünüzü yaralaya bilərsiniz. Təlimlər vaxtı nəfəsinizi tutmayın. Çətin gələn yerdə nəfəsinizi verməyə çalışın. Qarın əzələsi edərkən ən çətin yer qalxdığınız yerdir. Bu mövqedə verilən nəfəs yorğunluğuna mane olan laktik turşu yığılmasına mane olar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 759
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN