SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bibər içlikli badımcan kotleti resepti

whatsappda paylaş Whatsapp-la göndər
Bibər içlikli badımcan kotleti resepti
Tərkibi: 1 bolqar bibəri 2 orta boy badımcan 1 diş sarımsaq 1 balaca çili 1 x.q. zeytun yağı 1 ç.q. kəkotu 1 yumurta duz istiot 4-5 x.q. narın suxarı bitki yağı (qızartmaq üçün) narın suxarı (kotletləri batırmaq üçün) Hazırlanması: Bibər və badımcanları 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sonra paketə qoyub 10 dəqiqə saxlayın. Bu müddətdən sonra qabığını təmizləyin. Sarımsaq və çilini xırdalayın, bibəri də kubik doğrayıb birlikdə qarışdırın, duz, istiot, zeytun yağı və kəkotu əlavə edin. Badımcanı blenderdə xırdalayın, 1 yumurta, 4-5 x.q. narın suxarı əlavə edin, duz, istiot vurub yaxşıca qarışdırın. Badımcanlı kütləni 8-10 yerə bölün. Hər birini ovcunuzda yastılayıb ortasına bibərli içlik qoyub kotlet tutun. Kotletləri suxarıya batırıb qızdırılmış yağda hər üzünü 3-4 dəqiqə qızardın. Süfrəyə salat və xama ilə verə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 961
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN