SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

İdeal kişinin 7 xüsusiyyəti

whatsappda paylaş Whatsapp-la göndər
İdeal kişinin 7 xüsusiyyəti
Qadınların ən böyük problemlərindən biri də kişilərin qadın ruhundan anlamamasıdır. Qadınlar münasibətlərində əzizlənməyi istəyir. Ancaq bəzi qadınlar düzgün seçim eləmirlər və nəticədə də münasibətlərində gözlədikləri qayğını görmürlər. Xüsusi günləri unutmur Qadın ruhunu bilən kişi xüsusi günləri unutmur. Evliliklərinin ildönümü,ad günləri kimi günlər qadınlar üçün vacib və unudulmazdır. Bu günləri kiçik sürprizlərlə qeyd etmək istəyirlər. Əminlik yaradır Qarşısındaki insanın ona inanması üçün hər şey edir və lazımsız şübhələrdən uzaqlaşdırır. Qulaq asır və başa düşməyə çalışır Qadınların ən çox gileyləndiyi mövzulardan biri də partnyorunun ona qulaq asmamasıı və başa düşməməsidir. Qadın ruhunu bilən kişilər qarşısındaki zərif cinsin nümayəndəsinin problemlərinə qulaq asır, onu başa düşməyə və onun problemlərini həll etməyə çalışır. Kompliment deyir Qadınlar hər zaman əzizlənmək, gözəl göründüklərini eşitmək istəyirlər. Buna görə də qadın ruhunu bilən kişilər sevdikləri xanıma tez-tez xoş sözlər, gözəl göründüklərini deyirlər. Romantik olur Qadın ruhunu bilən kişilər sadəcə dalaşdıqdan sonra deyil, xanımını əzizləmək və sevgisini ifadə etmək üçün də gül alırlar. Vaxt ayırır Qadınların ən böyük istəklərindən biri də partnyorunun ona vaxt ayırmağıdır. Qadın ruhunu bilən kişi xanımı ilə tez-tez gəzməyə gedib gözəl vaxt keçirməyi yaxşı bilir. Hədiyyə almağı bilir Qadın ruhunu bilən kişi sevdiyi xanıma hədiyyə seçərkən sadəcə hədiyyə olsun deyə yox, lazım olan hədiyyəni almağı yaxşı bilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 399
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN