SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu?

whatsappda paylaş Whatsapp-la göndər
Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu?
Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu ??? Bəzən, özümüz də bilmədən bir çox xəstəliklərdən əziyyət çəkirik. Günlük yaşam tərzi hesab etdiyimiz bir çox hallar müəyyən xəstəliklərin, psixoloji pozuntuların xəbərçisi ola bilər. Bəzilərimiz, əsasən də, xanımlar günlük yaşamlarında həddən artıq təmizliyə, səliqəyə vaxt ayırır və bu işlərdən əl çəkə bilmirlər. Hətta "evin işi bitmir” kimi ifadələrə də tez-tez rast gəlirik. Pəncərələri silmək üçün yağan yağışın tez bir zamanda bitməsini səbrsizliklə gözləmək.. Tez-tez çirklənən balkonları şaxtalı qarlı havada silmək.. Evin içini hər gün general təmizlik etmək.. İki gün əvvəl yuyulmuş pərdələrin artıq kirli olduğunu düşünmək.. Paltarları 2-3 dəfə yumaq.. Hər görülən təmizlik işindən son dərəcə xoşbəxt olmaq... Və bu kimi yüz cür hal... Bunlar müəyyən dərəcədə OKP ilə əlaqədar ola bilər... Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi,onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir. Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir? -Təmizlik -Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər.Saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə -Simmetriya -Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər. -Təkrar etmə yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə. -Cinsi -Doğmalarına qarşı cinsi obssesiyalar. -Ehtiyat -Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq. Dəfələrlə qapını , suyu, qazı bağladığını yoxlama. -Sayma -binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma. OKP-nin konkret bir yaranma səbəbi yoxdur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 620
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN