SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Körpənin dilini necə anlayaq?

whatsappda paylaş Whatsapp-la göndər
Körpənin dilini necə anlayaq?
Körpələrin aktiv nitqi 1 yaşından sonra, bəzən daha gec yaşlarda meydana gəlir. Lakin 4-5 ayından etibarən körpələri müşahidə etməklə onların ifadə etmək istədikləri sözləri başa düşmək olar. Buna körpələrin işarə dili deyilir. Körpələrin bəzi işarə- sözlərinə nəzər salaq: * ayaq və əlləri havada sürətlə hərəkət etdirmək: ilk iki ayda körpələrdə sinir sistemi yaxşı inkişaf etmədiyi üçün əl və ayaq hərəkətləri qeyri-iradi olur. Lakin sonrakı aylarda əl və ayaqların sürətli hərəkəti körpənin əsəbləşdiyinə və həyəcanlandığına işarədir. Əsasən ac olduqda və ya altını batırdıqda bu hərəkəti müşahidə etmək mümkündür. * qidalanma: əgər körpə butulkadan yemək yeyirsə və onun əmməsi zəifləyirsə, deməli doymuşdur. Döş əmən uşaqlar isə doyduqda üzünü və bədənini başqa tərəfə çevirərək gülümsəyir. * tualet: əgər körpə yedikdən 10-15 dəqiqə sonra sakitcə dayanıbsa, deməli kaka etmişdir. Əgər bunu hiss edib, tez bir zamanda altını təmizləməsək, əl və ayaqlarını sürətlə yellərək narazı halda ağlayacaq. * yuxu: ən asan başa düşülən işarələrdir: gözlər bağlanır və əsnəyir. Körpələr yuxusu gəldikdə, bunu deyə bilmədikləri üçün narazı halda ağlamağa başlayırlar. * kefin kök olması: əgər körpə yatarkən ayaqlarını qarnına çəkirsə, bu, onun kefinin kök olduğunu göstərir. Bu, 4-5 aylıq körpələrin işarə dilidir. Bəs 8-14 ay arası körpələrdə hansı işarələr vardır? Aşağıdakı cədvəldə bəzi misallar görə bilərsiniz. - qolunu bir əşyaya uzadıb, bəzən də açıb-bükmək: mən onu istəyirəm! - bir əşyanı başqasının gözünün önündə tutmaq: buna bax! - bir əşyanı başqasına vermək: bu sənin üçündür! - şəhadət barmağı ilə nəyisə göstərmək: ona bax! - baş barmağına ağzına salmaq: əmzik istəyirəm! - başına əli ilə vurmaq: papaq istəyirəm! - qollarını bədənin yanlarına çırpmaq- quş deməkdir. Hər bir uşağın inkişaf tempi fərqlidir. Onların işarələr dilindən istifadə müddəti də fərqlidir. Lakin uşaq vaxtında işarə dili ilə danışmazsa, bu onun nitqinin də gecikəcəyinə işarədir. Bəzən valideynlər düşünür ki, uşağın işarə dilinin valideyn tərəfindən başa düşülməsi onun nitqini gecikdirə bilər. Lakin bu tamamiıə səhv yanaşmadır. Əksinə işarə dili uşaq zəkasının yüksək inkişafından xəbər verir. İşarə dili 2 yaşına qədər keçib gedir və yerini aktiv nitqə verir. İşarə dili istifadə edən körpələrin üstünlükləri: - daha az ağlayırlar - daha tez danışırlar - daha yüksək İQ-yə sahib olurlar - daha çox söz bilirlər - kitablara daha çox maraq göstərir, bu da təhsil uğurlarına səbəb olur - valideyn - uşaq bağlılığını gücləndirir - sosial duyumu gücləndirir - əllərini daha yaxşı istifadə edir - ana işləyirsə, anadan ayrılma stressini azaldır İşarə dilini körpəyə öyrətmək də mümkündür. Bunun üçün ən uyğun vaxt 6 aydır. Sizin işiniz işarələri daim istifadə etmək və ətrafdakıların da bu işarələrdən istifadə etməsini təmin etməkdir. Gələcək yazılarımızda diqqətinizə körpənin işarət dilini daha yaxşı anlamaq üçün, ətraflı məqalələr və foto materiallar təqdim edəcəyik.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2409
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN