SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yeni trend: neftli dodaqlar

whatsappda paylaş Whatsapp-la göndər
Yeni trend: neftli dodaqlar
Ötən il saçları qeyri-adi rənglərə, məsələn, mavi, bənövşəyi, yaşıl, boz rənglərə boyamaq dəbdə idi. Bu trend indi də dodaq makiyajında özünə yer tapıb. Klassik qırmızı və ya çəhrayı rəngə boyamaqdan vaz keçməyin əsl vaxtıdır. Çünki bu il neft effektli dodaqlar dəbdə olacaq. Belə makiyajı əldə etmək heç də çətin deyil. Dəblə ayaqlaşmaq istəyirsinizsə, dodaqlarınızı qara və ya tünd mavi rəngə boyayın. Daha sonra boyanın üzərinə arzuladığınız çalarda parıltı vurun. Qızılı, gümüşü və çəhrayı rəngli simlərdən istifadə edə bilərsiniz. İşıltılı göz kölgələrindən də bu məqsədlə istifadə etmək olar. Makiyajınızı şəffaf dodaq parıltısı çəkərək tamamlayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 536
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN