SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Evlərdə bahar şənliyi

whatsappda paylaş Whatsapp-la göndər
Evlərdə bahar şənliyi
Hər tərəf yaşıllaşmağa, günəşin isti şüaları pəncərələrdən otaqlara süzülməyə başlayıbsa, deməli, evin içində də yaz dəyişikliyi etməyin vaxtı çatıb. Odur ki, dəyişikliyə pəncərələri taybatay açıb qalın pərdələri nazikləri ilə əvəz etməkdən başlaya bilərik. Başqa nə edərək yaz təravətini, bahar nəfəsini evdə hiss etmək olar? İnteryeri yaz əhvalına uyğun dizayn etməklə evin aurasını canlandırmaq olar. Bütün evi dəyişdirmək mümkün olmasa belə, ən azı bir otağı yeniləmək öz əlinizdədir. Bu yenilik sizə hər gün zövq verib yeni duyğular aşılayacaq. Narahat olmaq lazım deyil. Ev mühitini bahar havasına kökləmək üçün elə böyük vəsait xərcləməyə ehtiyac da yoxdur. Dekorativ aksessuarların köməyi ilə evi tamamilə dəyişmək həm xərcsiz, həm də asandır. Əvvəlcə, evdə qış dekorlarını, məsələn, qalın, yun örtükləri və xalçaları yığışdırın. Sonra qalın pərdələri daha nazik, əlvan güllü variantları ilə dəyişin. Üstü flora ornamentləri ilə işlənmiş yarımşəffaf tüllər bahar dekorasiyası üçün ən gözəl seçimdir. Bahar interyerində ən əsas məqam yüngüllük, təbii parçalardan, təbii çiçək və tematik naxışlardan istifadədir. Ağır divan-kreslo örtüklərini satin örtüklə əvəz etmək olar. Xalçaların əvəzinə yeri həsir xalı və ya kiçik xalçalarla döşəyin. Bir sözlə, qalın və tünd parçaların yerini pastel çalarları və təbii rəngli pambıq, həmçinin rahat və zəngin rəngli parçalar alır. Yaz dekoru ilə təbiətdə baş verən hadisələr ahəng təşkil etməlidir. Bahar interyerində ən çox füruzəyi, mavi, sarı, ağ və limon, yasəmən, şaftalı və mərcanı, çəhrayı və zeytun yaşılı istifadə edilməlidir. Bundan başqa, bəzən tərtibatda nanə, boz və sədəf rənglərinə də üstünlük vermək olar. Bahar dekorasiyasını tamamlayan ən vacib detal güllərdir. Masaların üstünü güldan və təravətli çiçəklərlə doldurun. Gülü imkan daxilində tez-tez dəyişmək lazımdır ki, otaqdan gözəl qoxular gəlsin. Yaxud da rəflərdə və taxçalarda yasəmən, limon və ya nanə ətirli şamlar yerləşdirin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 882
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN