loading...

Bürclərə görə hansı sevgiyə layiqsiniz?

whatsappda paylaş Whatsapp-la göndər
Bürclərə görə hansı sevgiyə layiqsiniz?
Qoç (21 mart-20 aprel) Qoçlar üçün sevgi həyatı vacib amildir. O, sevgini böyük məmnuniyyətlə qəbul edir, lakin qarşılığını necə verəcəyini yaxşı anlamır. Qoçlar: Şir, Əkizlər və Oxatan ela partnyordular,Tərəzi, Qız və Buğa ilə isə qismən, Oğlaq, Xərçəng, Balıqlar və Əqrəblə ümumiyyətlə yola getmirlər... Buğa (21 aprel-21 may) Buğa üçün sevgi fiziki bağlılıqdır. O, sevgidən məmnunluq və xoşbəxtlik gözləyir, ancaq onun əsl mahiyyətini və dəyərini araşdırmağa çalışmır. Buğalar: Qız, Oğlaq, Xərçəng və Balıqlar üçün ela ittifaq qururlar. Əkizlərlə isə qismən, Şir, Dolça, Əqrəb və Qoçla heç nə alınmır... Əkizlər (22 may-21 iyun) Sevgi Əkizlərə nəinki zövq verir, onu hətta buxovlayır. Azadlığa aparan yolda maneəye çevrildikdə isə Əkizlər qətiyyətlə sevgidən imtina edirlər. Əkizlər:Tərəzi,Dolça, Şir ve Əkizlər yaxşı münasibətləri olur, Buğa ilə qismən, Balıqlar, Qız, və Oxatanla ümumiyyətlə yola getmirlər... Xərçəng (22 iyun-22 iyul) Xərçəng üçün sevgi başlıca dəyərdir. Onun üçün sevgi ev, ailə anlayışları ilə əlaqəlidir və emosional təhlükəsizliyi təcəssüm etdirir. Xərçənglər: Buğa və Əqrəb ilə evlilikləri olduqca uğurludur, Əkizlər, Qız, Balıqlar ve Şirilə bəzən uğurlu olur,bir-birilərini anlayırlar, Tərəzi və Oğlaqla isə yola getmirlər bu cütlüklər hətta bir-birinə ziyan gətirirlər... Şir (23 iyul-23 avqust) Şirlər sevgidə gözəllik ideallarının həyata keçirilməsi vasitəsini görürler. Şir sevgiyə və özünə aşiqdir. O, sevgini alicənablıqla bəxş edir. Çünki səxavətli olması ona məmnunluq gətirir. Şir sevdiklərindən minnətdarlıq və hörmət gözləyir, lakin özünü qurban vermənin dərinliyini tam olaraq anlaya bilmir. Şirlər: Əkizlər, Tərəzi və Oxatan bu cütlüklərlə ittifaqı uğurludu. Oğlaq, Əqrəb və Qız bəzən uğurlu olur. Buğa ve Dolça heç vaxt yola getmirlər. Qız (24 avqust-23 sentyabr) Qız üçün sevgi öz mənindən imtina etmək, bilmək istəmədiyi sirrdir. Buna görə də Qız bütün enerjisini işə yönəldir. Nəcib sədaqətə qadir olsa da, sevginin əsl mahiyyəti onun üçün qaranlıq qalır. Qızlar:Şirlə çox xoşbəxt ailə həyatı, Qız, Dolça ve Balıqlarla isə qismən, Buğa, Əqrəb, Tərəzi ve Qoçla uğursuzluqa düçar olurlar. Tərəzi (24 sentyabr - 23 oktyabr) Tərəzi sevgini şüur ve qəlblərin nə çox qaynar, nə də həddən artıq soyuq - qızıl həddə ittifaqı kimi görür. Tərəzi sevdiyini anlayır. Lakin nə üçün? sualı ilə maraqlanmaq onun heç ağlına da gəlmir. Tərəzilər: Əkizlər, Şir, Dolça, Qoç və Oxatanla yola gedirlər. Buğa,Oğlaq və Xərçəng qismən uğurlu cütlüklər olurlar. Balıqlarla Oxatan heç vaxt yola getmir. Əqrəb (24 oktyabr - 22 noyabr) Əqrəb üçün sevgi ətrafındakı her şeyi yandıran alovdur. Sonsuz arzu və məğlubiyyət qorxusu arasında çırpışaraq, var qüvvəsi ilə sevginin fiziki və mənəvi tərəflərini, ehtirasla paklığı barışdırmağa çalışır. Lakin arzusunu cilovlamaq istəyi susuzluğunu bir az da gücləndirir. Əqrəblərin Oğlaq, Balıqlar, Xərçəng və Qızla uğurlu, Tərəzi ilə ittifaqları qismən uğurlu, Dolça, Qoç, Şir və Oxatanla ittifaqları uğursuzluqla nəticələnir. Oxatan (23 noyabr - 21 dekabr) Oxatanlar sevgidə idealistdirlər. Onlar: Ya hər şey, ya da heç nə prinsipinə sadiqdirlər. Buna görə də reallıq onları dərindən yaralayır. Sevgini öz qəlblərində axtarmaq Oxatanların ağlına da gəlmir. Oxatanlar:Balıqlar, Əkizlər, Qız, Dolça və Şir ilə firavan ömür sürürlər. Əqrəb və Oğlaqla isə qismən uğurlu olur. Qoç və Xərçənglə isə uğursuzluqla nəticələnir. Oğlaq (22 dekabr - 20 yanvar) Oğlaq üçün sevgi sakit və heç bir məsuliyyət gətirməyən tərif mübadiləsidir. Oğlaqlar sevginin yalnız emosiyalar şəlaləsi olmadığını tam mənası ilə dərk ediblər. Lakin sevginin gətirdiyi daxili azadlığı hələ sonunadək anlamayıblar. Oğlaqlar: Qız, Buğa, Əqrəb, Balıqlar ilə evlilikləri uğurlu olur, Qoç, Xərçəng, Tərəzi ilə isə qismən, Dolça, Şir ilə yola getmirlər. Dolça (21 yanvar - 18 fevral) Dolça sevgini əlçatmaz ve eqoizmdən uzaq, öyrənmək və mütləq dadmaq lazım olan bir hiss kimi görür. O, sevginin mahiyyətini tədqiq edir, lakin bəzən onu dostluqdan ayırmağı bacarmaması hər şeyi məhv edir. Fiziki yaxınlıqdan aldığı zövq onda emosional boşluq ve qüssə yaradır. Çünki bu, onun sevdiyi insanla ünsiyyətinin mənasını açıqlamır. Dolçalar: Əkizlər, Tərəzi və Oxatan ilə güclü ittifaq qururlar. Qoç, Xərçəng və Qız ilə isə bu bəzən alınır. Əqrəb, Buğa, Şir və Oğlaq ilə bütün cütlüklər uğursuzluğa düçar olurlar. Balıqlar (19 fevral - 20 mart) Balıqlar üçün sevgi onun üçün hər şey olacaq insanın arzularına təmannasız itaətdir. Balıqlar almaqdan daha çox vermək, əmr etməkdən çox xidmət etməyə üstünlük verirlər. Bununla belə, onlar seksual eksperimentlerin cazibəsinə də biganə deyillər. Ehtiyatlı Balıq tora düşməkdən və sarsılmaz məsulliyyətə düçar olmaqdan qorxur. Lakin əgər sevgi əzabları çəkməyibsə, sevginin əsrarəngizliyini dadacaq. Balıqlar: Buğa, Xərçəng, Oğlaq, Əqrəb və Qızla həmfikirdilər. Əkizlərlə müəyyən hallarda uğurlu olur, Qoç və Şirlə evlilikləri qətiyyən alınmır...
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 653
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN