SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hüceyrələri yeniləyən dəridəki qırışları azaldan yağ

whatsappda paylaş Whatsapp-la göndər
Hüceyrələri yeniləyən dəridəki qırışları azaldan yağ
Küncüt yağı həm dəri, həm də saçlar üçün çox faydalıdır. Ondan, xüsusən, gözəllik mərkəzlərində dərini yumşaltmaq, təravətləndirmək üçün istifadə edilir. Küncüt yağı qırışları da aradan qaldırmağa qadirdir. 30 və 60 yaş arası qadınların dərisində quruluğu aradan qaldırır, onun solğun və tutqun görünməsinin qarşısını alır. Küncüt yağı tərkibindəki Omega-6 yağ turşuları sayəsində dəri hüceyrələrini yeniləyir. Məhz bu xüsusiyyəti sayəsində də dəridəki qırışları azaldır. Küncüt yağının tərkibinə linoleik turşusu, sesamol və sesamolin kimi antioksidant xüsusiyyətə malik yağ turşuları, dəmir, sink, maqnezium, kalsium kimi orqanizmə lazım olan minerallar daxildir. Küncüt yağı masaj salonlarında da ən çox istifadə edilən yağlardandır. Bunun səbəbi isə küncüt yağının bərpaedici xüsusiyyətidir. Küncüt yağı istifadədən dərhal sonra öz təsirini göstərir. Belə ki, 2-3 dəqiqə sonra dəri daha parıltılı olur. Küncüt yağı tökülən kirpiklər, qaşlar və saçlarda müalicə məqsədilə istifadə edilir. İçərisinə 1-2 damcı rozmarin (bibəriyyə) yağı tökdükdə isə təsiri ikiqat artır. Rozmarini kəklikotu, ya da hindqozu yağı ilə əvəz etmək olar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 423
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN