loading...

Sevgilinizin bürcünə görə hədiyyə seçimi

whatsappda paylaş Whatsapp-la göndər
Sevgilinizin bürcünə görə hədiyyə seçimi
Sevgi bir damla suya bənzəyir, insan ona möhtac qaldığında dəyərini anlayır. Sevgi insanın nüvəsidir. Sevgi olmasa, gördüyümüz iş, yediyimiz yemək, baxdığımız mənzərə, ətrafımızdakı insanlar, ümumilikdə hər şey mənasızlaşar. Ancaq sevgi insanı var edən duyğudur. Günümüzə qədər bir çox sevgi hekayələri, romanları eşitmişik və ya bəzən bu sevgi nümunələrinin şahidi olmuşuq. Azərbaycan tarixində də bir çox sevgi hekayələri mövcuddur və bunlardan çoxu səhnələşdirilib. Şərqdə ilk opera dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsi və Məhəmməd Füzulinin yazdığı "Leyli Məcnun” məhəbbət əsəridir. Sevgi müqəddəs hissdir və sevgimizi hər an sevdiyimiz şəxsə hiss etdirməliyik. Əslində Sevgililər günü bəhanədir, sevgimizi göstərmək üçün. Ancaq bütün dünya ilə bərabər ölkəmizdə də hər il 14 fevralda gənclər bir-birlərinə gözəl və dəyərli hədiyyələr alaraq, sevgilərini göstərirlər. Bəs bu il sevgilinizə nə hədiyyə alacaqsınız? Əgər hələ də nə alacağınız mövsuzunda qərarsız qalmısınzsa, sevgilinizin bürcünə uyğun olaraq hədiyyə seçimi edə bilərsiniz. Qoç bürcü Lider bürclərdən olan qoçlar bu il saatlara üstünlük verirlər. Onlar üçün dəbdəbəli və göstərişli saat alsanız, çox bəyənəcəklər. Buğa bürcü Evə və ailəyə bağlı buğalar üçün ev aksesuarları alsanız, tam ürəklərincə olacaq. Əkizlər bürcü Qərarsız bürc kimi tanınan əkizlər hədiyyə mövzusunda çox qərarlıdırlar. Xarici görkəmlərinə əhəmiyyət verən bürclərdən biri kimi tanınırlar. Əkiz kişilər üçün kostyum, qadın əkizlər üçün isə üst geyimi olan gözəl plaş ala bilərsiniz. Xərçəng bürcü Həssas və küsəyən kimi tanınan xərçənglər isə bu il ayaqqabıdan yanadırlar. Onlara bu ilin dəbinə uyğun ayaqqabı alsanız, çox bəyənəcəklər. Şir bürcü Özündən əmin şirlərə isə saat, qol düyməsi və yaxa aksesuarları almağınız məsləhətdir. Qız bürcü Detallara fikir verən və işgüzar bürc hesab edilən qızlar üçün ən ideal seçim iş masası üçün gözəl aksesuar almaqdır. Tərəzi bürcü Ən mehriban bürclərdən olan tərəzilər üçün ayaqqabı və geyim alsanız, bu 14 fevralda onları xoşbəxt etməyi bacaracaqsınız. Əqrəb bürcü Bu bürc altında dünyaya gələn insanlar əsasən yüksək zümrəyə xas olub, əsilzadə kimi davranırlar. Əqrəb bürcünə xas olan kişilərə çox bahalı brendin portmanatını, qadınlara isə eyni şəkildə çox bahalı və gözoxşayan bir çanta hədiyyə etməlisiniz. Oxatan bürcü Göstərişi və dəbdəbəni sevən bürclərdən olan oxatan xanımları üçün sırqa, kişilər üçün qolbaq ideal seçimdir. Oğlaq bürcü Həm baha, həm də ən son trendə uyğun olan hər bir hədiyyəni bəyənirlər. Oğlaqlara hədiyyə seçdiyinizdə məhşur brend olmasına diqqət yetirin. Dolça bürcü İntellektual bürc hesab edilən dolçalara bu il ətir hədiyyə etməyiniz məsləhətdir. Bu il onlar ətirdən yanadırlar. Balıq bürcü Ən həssas və kövrək bürc sayılan balıq qadınları üçün bu il iç geyimləri, kişilər üçün köynək alsanız onların kövrək qəlblərini sevindirəcəksiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 487
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN