SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Beynin fәaliyyәtini vә öyrәnmә qabiliyyәtini yaxşılaşdıran unikal bitki

whatsappda paylaş Whatsapp-la göndər
Beynin fәaliyyәtini vә öyrәnmә qabiliyyәtini yaxşılaşdıran unikal bitki
Bu bitkinin geniş müalicәvi xüsusiyyәtlәri bütün dünyada tәsdiq olunub. Ginko biloba dünyanın әn qәdim ağacı sayılır. Bu bitkinin müalicәvi xüsusiyyәtlәri qәdim zamanlardan mәlumdur. Qәdim әlyazmalarda bitkinin tәsviri vә müalicәvi xüsusiyyәtlәri haqqında mәlumatlar var. Bu ağacın yarpaqları unukal kimyәvi tәrkibә malikdir. Onların tәrkibindә 40­dan artıq bioloji aktiv maddәlәr var. Bu maddәlәrdәn bәzilәri yalnız bu ağacda tapılıb. Elmә sübut olunub ki, ginko biloba beyin qan dövranını yaxşılaşdırır vә beyin damarlarında trombların әmәlә gәlmәsinin qarşısını alır. Beyin qan dövranı yaxşıladıqda beyinin fәaliyyәti dә yaxşılaşır. Müxtәlif illәrdә Amerikada, Avropada, Yaponiyada keçirilmiş geniş araşdırmalar göstәrib ki, ginko biloba yaddaşı, diqqәti, tәfәkkürü xeyli yaxşılaşdırır. Sübut olunub ki, ginko biloba mәktәbli uşaqlarda vә tәlәbәlәrdә öyrәnmә qabiliyyәtini yaxşılaşdırır. Әqli fәaliyyәti ilә mәşğul olan, imtahanlara hazırlaşan, savad alan insanlar üçün bu bitki әsl tapıntıdır. Bundan әlavә beynin fәaliyyәtini, eşitmәni vә görmәni yaxşılaşdıran, beynin qocalmasını lәngidәn ginko biloba yaşlı insanlar üçün dә çox faydalıdır. Bu unikal xüsusiyyәtlәrә görә bitkinin әsasında hazırlanmış preparatlar müxtәlif mәqsәdlәrlә, demәk olar bütün dünyada hәkimlәr tәrәfindәn tez­tez tәyin olunur. Ginko biloba әsasında yüzlәrlә preparatlar buraxılır. Unikal bitkinin digәr faydalı xüsusiyyәtlәri arasında: ­ -miqren xәstәliyi zamanı çox effektlidir, -­ klimaksın xoşagәlmәz simptomlarını azaldır, ­ -insult vә infarkt kimi ağır pozulmalarının profilaktikası üçün istifadә olunur, ­ -immun sisteminә müsbәt tәsir edir, ­ -xroniki yorğunluq, depressiya, streslә mübarizәdә kömәk edir, ­ -ödemlәri azaldır, ­ -qocalmanı lәngidir, ­ -insanı daha enerjili edir, ­ -qanı duruldur, trombozun qarşısını alır, ­ -kosmetologiyada çox geniş istifadә olunur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 415
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN