loading...

Faydalı məsləhətlər

whatsappda paylaş Whatsapp-la göndər
Faydalı məsləhətlər
Qarlı havanın üz iflicinə səbəb ola biləcəyi açıqlanıb. Mütəxəssislər soyuq havalarda xüsusi tədbirlər görməyi tövsiyə edirlər. Üz iflicindən qorunmağın yollarını təqdim edirik: Üz iflici üz əzələlərindəki sinirlərin donması nəticəsində baş verir. Soyuq səbəbindən ağızda və üzün müxtəlif yerlərində əyilmə müşahidə edilə bilər. Həmçinin gözləri qapaya bilməmək, üzün bir tərəfindəki mimikaların azalması, göz yaşı və tüpürcəyin azalması, dadbilmə duyğusunun pozulması da üz iflicinin ilkin əlamətləridir. Mütəxəssislər deyirlər ki, insan qışda nə qədər qalın geyinsə də, üz bölgəsi soyuq hava ilə birbaşa təmasda olur. Üz iflicinin qarşısını almaq üçün mütləq üzü soyuqdan qorumaq lazımdır. Bunun üçün şal və şarflardan istifadə etmək olar. Qış aylarında üzü yuyub birbaşa soyuğa çıxmaq olmaz. Yağışa düşdükdə mütləq sığınacaq tapmalı, islanmamağa çalışmalısınız.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 610
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN