SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dişlər və sümüklər üçün ən xeyirli meyvə

whatsappda paylaş Whatsapp-la göndər
Dişlər və sümüklər üçün ən xeyirli meyvə
Kinkan qabıqlı yeyilə bilən yeganə sitrus meyvəsidir. Orqanizm üçün faydalı olan kinkan onlarla problemi aradan qaldırmağa qadirdir. Ən çox yüksək təzyiq və xolesterinlə bağlı problemi olanlara məsləhət görülür. Hətta qabıqlı yedikdə problemi daha tez həll edir. Ürəyiniz şirniyyat istəyəndə bu meyvədən yeyə bilərsiniz. Çünki gün ərzində həddən artıq şəkərli qidalar qəbul etməyin qarşısını alır. C vitamini ilə zəngin olduğu üçün güclü antioksidantdır. İmmunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı qalxan funksiyasını yerinə yetirir. Qabıqlı yeyildikdə infeksiyalara yoluxmağın qarşısını alır. Kinkan A vitamini baxımından da zəngindir. B1, B2 ve B3 vitamini də ehtiva edir. Həmin vitaminlər sinir sisteminə yaxşı təsir göstərir. Tərkibindəki kalsium sayəsində sümük və diş sağlamlığı üçün əvəzsiz rol oynayır. Kinkanı salatlarınıza doğrayıb yeyə, yaxud şirəsini içə bilərsiniz. Xüsusilə, qarşıdan gələn payız və qış aylarında hər gün yemək məsləhətdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 515
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN