SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qadınlar niyə ağlayır?

whatsappda paylaş Whatsapp-la göndər
Qadınlar niyə ağlayır?
Belə qəbul edilib ki, qadınların göz yaşı ta uşaqlıqdan onların ayrılmaz hissəsinə çevrilir. Bəs görəsən qadınlar niyə tez-tez ağlayır? Kişilərin fikrincə, qadınlar ağlayıb-sızlamağı sevir. Gəlin buna başqa baxış bucağı altında – tibbi nöqteyi nəzərdən baxaq. Göz yaşı hardan gəlir? Hormonlar – endokrin vəziləri sisteminin hasil etdiyi bu kimyəvi maddələr həm kişilərin, həm də qadınların emosional vəziyyətini təyin edir. Qadınların göz yaşlarının miqdarına əsasən prolaktin hormonu təsir edir: onun səviyyəsi nə qədər yüksək olarsa, göz yaşları bir o qədər çox axar. Kişi hormonu olan testosteron göz yaşları yaranmasını azaldır, buna görə də qadınlar kişilərə nisbətən daha tez-tez ağlayırlar. "Hormonal partlayış” Hər bir qadının xoşbəxt həyatında "hormonal partlayış”ın baş verdiyi dövrlər olur. Bu, qızlarda aybaşının başladığı böyümə dövrü, hamiləlik, doğuş və klimakteri (hormonal sistemin sönməsi) dövrüdür. Hamı bilir ki, ağladıqdan sonra insan yüngülləşir. Ağlayan kəs sakitləşir, çünki göz yaşları ilə birlikdə stress hormonlarının qalığı xaric edilir. "Qiymətli” göz yaşları Hormonların artıb-azalması zamanı qızlar stressə, məişət qayğılarına, şəxsi həyatdakı uğursuzluqlara qarşı həssas olur. O ağlayır, stress hormonları isə azalmır. Bu zman orqanizm əsəbi cəhətdən tükənir. Deməli, stress səbəbindən nə qədər çox göz yaşı axarsa, bu, orqanizm üçün bir o qədər "qiymətli” olacaq. Bütün qadınlar eynidir Bu, heç də doğru deyil. "Ağlağan xarakter”ə mənfi amillər də təsir edir: temperamentin melanxolik tipi, sıxıntılı irsilik (yaxın qohumlarda depressiya, suisidə cəhd halları), uşaqlıqdan sağlamlığın zəif olması, fiziki xəstəlik (başın zədələnməsi, insult, vitamin çatışmazlığı və s.). Nahaq yerə deməyiblər: "Sağlam bədəndə sağlam ruh olar”. Belə amillərin olmaması qadınların hormonal dəyişikliklərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq. Buna görə də çalışmaq lazımdır ki, stresdən gözəl qadın gözlərindən bir damla da olsa göz yaşı axmasın. Çünki göz yaşları heç də həmişə "yüngül” deyil, bəzən "qızıla bərabər” olur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 391
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN