loading...

Şokoladlı portağal dilimləri resepti

whatsappda paylaş Whatsapp-la göndər
Şokoladlı portağal dilimləri resepti
Tərkibi: 600 qr şəkər 250 qr qara şokolad 300 ml su Hazırlanması: Portağalları 5mm qalınlığında dairələrə doğrayın. Nazik doğrayanda dağılır, qalın doğradıqda isə acı olur. Tavaya suyu əlavə edib qaynadın. Qaynayan suya doğranmış portağalları əlavə edib 3-4 dəqiqə saxlayın. Sonra su töküb portağalları qurudun (beləcə acısı çıxmış olur). 300 qr suya şəkər əlavə edib tam əriyənə qədər qızdırın, suyu qurumuş portağalları siropa yerləşdirib təxminən 1 saat qaynadın . Portağalları çıxarıb suyunu süzdükdən sonra soba nimçəsinə düzüb 100-120 C dərəcəyə qədər qızdırılmış sobada 15-20 dəqiqə quruması üçün saxlayın. Soyuduqdan sonra artıq karamelizə edilmiş portağallar hazırdır deməkdir. Onları şirniyyatlarda istifadə edə bilərsiniz, ya da sadəcə çayla içə bilərsiniz. Zövqə görə, şokoladı su vannasında benmari üsulu ilə əridin. Portağal diliminin yarısını ərimiş şokolada batırın və quruması üçün qənnadı kağızının üzərinə düzün. Amma əsla soyuducuya qoymayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 212
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN