SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ayaqları incəldən 10 məsləhət

whatsappda paylaş Whatsapp-la göndər
Ayaqları incəldən 10 məsləhət
Çox vaxt davamlı pəhrizlərdən, çəki itkisindən sonra qadınlar yenə də öz bədən quruluşundan narazı qalır. Məlumdur ki, artıq çəkidən xilas olanda çox vaxt bədənin həcmi heç də lazım olan nahiyələrdə azalmır. Bəs, necə etmək olar ki, piylər bədənin məhz istənilən nahiyələrində ərisin? Əlbəttə, mümkün olmayan heç nə yoxdur, lakin bunun üçün bir qədər əziyyət çəkmək lazımdır. Həm də bu zaman təkcə pəhriz kifayət etmir, xüsusi fiziki məşqlər də tələb olunur. Məsələn, ayaqlarından narazı olan xanımlar çoxdur. Əgər ayaqlardakı yağları əridib onları nazikləşdirmək istəyirsinizsə, bu təkliflərə mütləq nəzərə salın. Mütəmadi olaraq gəzin, qaçın. Pilləkənlə çıxıb düşün. Nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edin. Çömbəlmə məşqi edin. Üzmək nəinki ayaqları incəldir, həm də əhval-ruhiyyəyə müsbət təsir edir. Vaxtınız yoxdursa, ofisdə daxilində gəzin. Oturaq işdə çalışsanız belə, ayaqları və dizləri tez-tez hərəkət etdirin. Mütləq idman zalına yazılın. Aerobika ilə məşğul olun. Ayaqların arıqlaması pəhriz zamanı qidalanma sxemi Qidaya mütləq meyvə və tərəvəzlər daxil edilməlidir. Onların tərkibindəki antioksidantlar sərbəst radikalların təsirini neytrallaşdırır. Əgər qısa vaxtda, həm də effektli nəticə əldə etmək istəyirsinizsə, qızardılmış yeməklər, konfet və biskvitlərin qəbulu məhdudlaşdırılmalıdır. Qida rasionuna ancaq az yağlı qidalar daxil olunmalıdır. Rasionda mütləq A və C qrup vitaminləri, həmçinin kaliumla zəngin qidalara da yer verilməlidir: məsələn, çiyələk, kivi, qırmızı bibər, kök, kahı, kələm, mal qaraciyəri, göy soğan, portağal, kartof, banan və s.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 759
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN