SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Göz ətrafındakı qırışlara təbii həll

whatsappda paylaş Whatsapp-la göndər
Göz ətrafındakı qırışlara təbii həll
Göz ətrafındakı dəri çox həssas və incədir. Boynumuz kimi göz ətrafı dərimiz də üzümüzdə baş verən dəyişikliklərdən tez təsirlənir. Əsasən də, bunu qırışlarla biruzə verir. Qırışlar isə müxtəlif səbəblərdən yarana bilər. Bu çox gülməklə, günəş eynəyi istifadə etməməkdən, gözləri qıymaqdan, düzgün göz ətrafı krem istifadə etməməkdən, dəri nəmini itirdikdə, soyuqdan və ən əsası da, yaşlanmaqdan irəli gələ bilər. Çox xanımlar da gözlərinin ərtafındakı bu qırışlardan yaxa qurtarmaq üçün təbii həll yolları axtarırlar. Belə həll yollarından birini biz sizə təqdim edirik. Təqdim edəcəyimiz bu maskanı evdə asanlıqla tətbiq edə bilərsiniz. Lazım olanlar Badam yağı – 1 x.q. Soya yağı – 1 x.q. Avokado yağı – 1 x.q. Hazırlanması Bütün bu yağları qarışdırırsınız. Yağlardan alınan maskanı bir az saxlayırsınız. Gecə yatmamışdan əvvəl dərinizi zeytun yağlı sabunla yuduqdan sonra bu qarışımı göz ətrafınız da daxil olmaqla dərinizə çəkirsiniz. Səhərə qədər bu qarışım dərinizdə qalacaq və dəriniz onu tamamilə özünə çəkəcək. Bu sizin göz ərtafı dəriniz üçün çox faydalı olacaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 641
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN