SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

7 günlük şokolad pəhrizi

whatsappda paylaş Whatsapp-la göndər
7 günlük şokolad pəhrizi
Şokoladdan imtina etməyənlər və kilo vermək istəyənlər üçün çox əla bir təklifimiz var. Bu pəhrizi saxlamağa qərar vermisinizsə hər səhər oyanan kimi 2 stəkan otaq istiliyində su, hər axşam yatmamışdan əvvəl 1 stəkan su amma 1 ç.q. alma sirkəsi ilə qarışıq – bunu içməyi unutmayın. Gələk dietimizə. Birinci gün Səhər yeməyi 1 dilim pendir, pomidor, xiyar, iki dilim buğda və ya çovdar çörəyi. İstəsəniz tost və ya sendviç də yeyə bilərsiniz. Ara yemək Bitki çayı. Darçın çubuğu ilə dad qata bilərsiniz. Günorta yeməyi Qatıqlı kabak, 2 kasa şorba – 4-5 ədəd cəfəri, 1 ədəd kabak, 1 ədəd kök, 2-3 yarpaq ispanaq, 1 ovuc brokoli, 1 ədəd soğan, 2 ç.q. zeytun yağı, istiot, 2 litr su. Hamsını yuyun, doğrayın, 5-10 dəqiqə bişirib blenderdən keçirib bir buğum qaynadıb yeyin. Ara yemək Fındıqlı şokoladlı qurabiyə - 1 ədəd Axşam yeməyi 10 x.q. ətli quru paxlakimilərdən olan yemək. Suyunu süzüb yeyin. 1 kasa qaymaqsız qatıq. Ara yemək Bitki çayı. Darçın çubuğu ilə dadlandırın. İkinci gün Səhər yeməyi 2 yumurta ağı, 3-4 yemək qaşığı pendirli omlet, istəyə görə pul bibər, cəfəri, keşniş də əlavə edə bilərsiniz. Pomidor, xiyar. Bir dilim buğda və ya çovdar çörəyi. Ara yemək 200 ml sadə yoqurt Günorta yeməyi 10 x.q. qaynadılmış mərci ilə hazırlanmış salat. Üzərinə 1 ç.q. zeytun yağı, limon, sirkə əlavə edə bilərsiniz. Ara yeməyi 4 ədəd şokolad+yaşıl çay Axşam yeməyi 4 ədəd kotlet, 120 qram lobya salatı. Üçüncü gün Səhər yeməyi 200 ml sadə yoqurt, 5 ədəd qara qarağat, 2 x.q. yulaf əzməsi Ara yemək 1 dilim pendir, 1 dilim qara çörək, 3 ədəd axşamdan suda saxlanılmış zeytun. Günorta yeməyi 200 qram qızartma balıq, 1 ç.q. zeytun yağı, 1 dilim qara çörək, közlənmiş badımcan salatı. Ara yemək 1 dilim şokoladlı keks Axşam yeməyi 12 x.q. zeytun yağında bişmiş dolma. Bir kasa qaymaqsız qatıq. Dördüncü gün Səhər yeməyi 1 porsiya şokoladlı pancake (blinçik və ya oladi)+1/2 porsiya meyvə Ara yemək Bitki çayı. Darçın çubuğu ilə dadlandırın. Günorta yeməyi 1 ədəd qaynadılmış yumurta+1 ç.q.bitki yağı ilə hazırlanmış pomidor çığırtması. Bir dilim qara çörək. Ara yemək 1 kasa süzmə qatıq+nanə+pul bibər. Bir az da içinə 3 dənə qozu xırdalayıb ata və ya sadəcə onunla bərabər yeyə bilərsiniz. Axşam yeməyi 3 ədəd orta boylu dolma – qiymə, yaşıl mərci, bulqur ilə hazırlanmalıdır. Pərtəpöyütlü qatıq. Beşinci gün Səhər yeməyi 2 dilim pendir, pomidor, xiyar, 2 ədəd quru qaysı, 1 dilim qara çörək. Ara yemək 1 fincan isti şokolad Günorta yeməyi Qırmızı ət – öz yağında bişsin. Fərqi yoxdur hansı formada - qızartma, sobada və qaynadılmış ( 180 qram), dənli bitkilərdən salat. Ara yemək 2 ç.q. labne pendir, duzsuz xiyar, limonli cəfəri. Axşam yeməyi 10 x.q. qiyməli və ya ətli tərəvəzli yemək. 1 kasa qaymaqsız qatıq. Altıncı gün Səhər yeməyi Pomidor çığırtması, 1 dilim qara çörək. Ara yemək Bitki çayı. Darçın çubuğu ilə dadlandırın. Günorta yeməyi Qızardılmış balıq – 200 Qram Salat 1 dilim qızardılmış qara çörək. Ara yemək 1 porsiya bananlı kakaolu çörək. Axşam yeməyi 1 kasa qovrulmuş mərci şorbası ( 6-7 x.q.), pendirli salat, limon, zeytun yağı və sirkə əlavəli. Ara yemək Bitki çayı. Darçın çubuğu ilə dadlandırın. Yeddinci gün Səhər yeməyi 1 dilim ağ pendir, 5 ədəd axşamdan suda saxlanmış zeytun, pomidor, xiyar, ½ yulaflı simit. Ara yemək Bitki çayı. Darçın çubuğu ilə dadlandırın. Günorta yeməyi Balıq qızardılmışı – 200 qr Salat 2 x.q. bulqur pilovu Ara yemək 3 top şokoladlı dondurma Axşam yeməyi 1 kasa qovrulmuş mərci şorbası, közlənmiş bibəri qatıqla qarışdırın, üzərinə də 1 ç.q. motal pendiri əlavə edin. Ara yemək 1 ədəd alma, portağal, kivi – fərq etməz hansı meyvə.1 kasa qaymaqsız qatıq, darçınlı olsun.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 522
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN