SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Xüsusi günlər üçün 5 qulluq üsulu

whatsappda paylaş Whatsapp-la göndər
Xüsusi günlər üçün 5 qulluq üsulu
Xüsusi günlərdə özümüzə daha çox diqqət ayırırıq. Gözəllik qaydalarının təxminən hamsını edirik. Amma bəzən etdiyimiz bütün gözəllik rutinləri gərəksiz ola bilər. Elə bu səbəbdən də həm vaxtınızı, həm də enerjinizi çox xərcləməyəsiniz deyə sizə xüsusi günlərdə gərəkli olan 5 qulluq rutinini təqdim edirik. Belə kritik bir zamanda beyninizi və dərinizi ev şəraitində 5 qulluq üsulu və spa ilə mükafatlandırın. Saça qulluq Əgər saçlarınız düzləşdirici fenin, suyun istiliyindən zədələnib, quruyub, əvvəlki canlılığınitiribsə, o zaman xüsusi gün üçün saçlarınıza avakado yağı ilə maska edin. Bunun üçün sizə avakado yağı, qatıq və bal lazımdır. Qarışığı saçlarınıza tətbiq edin, 25 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Nəticə mükəmməl olacaq. Palçıq maskası Yorğun iş həftəsindən qalan stressi atmaq və dərinizi yeniləmək üçün palçıq maskası yaxşı seçimdir. O sizin dərinizi rahatladacaq, toksinlərin dəridən çıxmasına şərait yaradacaq və dərini cavanlaşdırmaq üçün çox təsirlidir. Pilinq Qəhvəyi şəkər, badam yağı və baldan alınan məhlulu yavaşca üzünüzə fırça ilə tətbiq edin və massaj edin. Bu pilinqlə dəriniz nəmlənəcək, yenilənəcək və şəkərin sayəsində ölü dəri töküləcək. Üz maskası Dəinizə qulluq və onun yenilənməsi üçün multimaska tətbiq edin. Palçıq və ya gil əsaslı maskanı yağlı hissələrə tətbiq edin, quru hissələrə isə nəmləndirici maska çəkin və gözlərinizin altına isə aloe vera əsaslı maska tətbiq edin. Təmiz dırnaqlar Əvvəlcə manikür yağı ilə dırnaqlarınızı qidalandırın. Bu onları bərpaedəcək. Yağı dırnaqlarınıza tətbiq etmək üçün pambıqdan istifadə edin və 5 dəqiqə boyunca dırnaqların daxilinə və xaricinə massaj edərək tətbiq edin. Daha sonra isə dırnaqlarınızı canlı göstərmək üçün tünd rənglər yerinə neytral rəngli dırnaq boyası çəkin. Dırnaqlarınız və əlləriniz yenilənmiş şəkildə parlaq olacaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 855
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN