SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Atalığın ilk günləri

whatsappda paylaş Whatsapp-la göndər
Atalığın ilk günləri
Həqiqətən də atalığın ilk günləri o qədər də asan keçmir. Çunki atalıq analıqdan fərqli olaraq instinktiv bir hiss deyil.Başqa sozlə ata bu hissi tədricən menimsəməyə başlayir.Xüsusilə də,uşağın atasini tanimağa başladiğı və ya tanidiği dövrlərdə bu hiss daha güclü olur. ilk günlər atalar müxtelif psixologiyalar numayiş etdirirlər.Belə ki,bu dövrdə atalar tək qaldıqlarını,hətta təcrid olunduqlarını düşünür əvvəlkindən də cox məsuliyyət hiss etməyə başlayir.Bəs atalarin özlərini tək hiss etmələrinə səbəb nədir?Təbii ki,ana evdə daha çox uşaqla məşğul olur .Ata ilə məşğul olmaq və ya onunla hisslərini bölüşmək üçün o qədər də vaxt qalmır.Digər tərəfdən evdəki rejim də dəyişir.Atanin əvvəlki vaxtlarla müqayisədə məsuliyət hissinin artmasi isə daha çox cəmiyətin kişinin üzərində qoyduğu”vəzifələrdən” irəli gəlir.Təbi ki, burada ataliq hissinin də rolu az deyiln.Çünki ailə üzvlərinin hər biri atadan nə isə gözləyir.ilk növbədə ana psixoloji baximdan çətin günlər keçirdiyi üçün həyat yoldaşinin köməyinə ehtiyac duyur. Ancaq bütün bunlara baxmayaraq öz vəzifəsini yerinə yetirmək ücün ataninda köməyə ehtiyaci var.Çünkü o təkcə ailəni idarə etməklə kifayətlənmir,gələcəyə dair planlar da qurmağa başlayır. Elə isə nə etməli? Hər şeydən əvvəl atalıq hissini yaşamaq üçün tələsməyin.Çünki bu hissi “özünüzünküləşdirmək” vaxt tələb edə bilər. Sizdən əvvəl ata olanlarla məsləhətləşin. Kənarda dayanb hadisələrə tamaşa etmək əvəzinə fəal olun.Necə olsa siz də bu ailənin üzüvüsünüz. Özünuzə də,ailənizə də vaxt verin.Çünki evinizdə hər şeyin öz yoluna düşməsi və həyat yoldaşınızın əvvəlki kimi olmasi üçün vaxta ehtiyac var. Uşağınızı ilk saatlardann tək qoymayin.Qucağınıza alın,öpün,oxşayın.Ən azı uşağıniz qədər həyat yoldaşınızın da sizin köməyinizə ehtiyacı olduğunu unutmayın Təbii və rahat olun.”mən kişiyəm,uşaqla çox məşğul ola bilmərəm “fikirlərinə aldamayın…
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 626
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN