SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qol estetikası

whatsappda paylaş Whatsapp-la göndər
Qol estetikası
Yaşlanma bədənimizdə istəmədiyimiz bir çox dəyişikliklər yaradır. Bunlardan biridə qolda əmələ gələn sallanmadır. Qol dartma estetik əməliyyatı başqa sözlə braxioplastika ilə qolda əmələ gələn dəri bollaşması və artıq piylərdən qurtulmaq mümkündür. Bu yolla daha gənc və gözəl qol görünüşünə sahib ola bilərsiniz. Qocalmadan əlavə kilo alıb vermə prosesidə qolda dəri boşalmasına səbəb olur. Konsultasiya: Əgər, sadəcə dəri boşalmanız varsa o zaman qol gərmə əməliyyatı icra olunur. Əgər, dəri keyfiyyəti yaxşıdırsa, sadəcə artıq piylər varsa, o zaman yalnız liposaksiya icra olunur. Amma həm artıq piylər, həmdə dəri boşalması varsa, o zaman liposaksiya ilə bərabər dəri dartılması həyata keçirilir. Qol gərmə əməliyyatı 18 yaşdan yuxarı hər yaşda icra oluna bilər. Amma çəki vermək planınız varsa, o zaman çəki verib normal kilonuza çatdıqdan sonra əməliyyatın icra olunması daha doğrudur. Bu yolla siz əməliyyatdan daha çox razı qalacaqsınız. Əməliyyatdan əvvəl sağlamlığınız və sizi narahat edən xəstəlikləriniz barəsində həkiminizə mütləq məlumat verin. Əməliyyatdan əvvəl əməliyyat üçün lazımlı bəzi müayinələrdən keçəcəksiniz. Əməliyyatdan sonrakı nəticəni müqaisə etmək üçün qolunuzun şəkli çəkiləcək. Bu əməliyyatda dirsəkdən başlayan qolun iç səthi ilə yuxarıya doğru uzanan kəsik aparılır. Dəri bolluğu azdırsa və qolaltına yaxın bölgədədirsə, o zaman qolaltından aparılan kiçik bir kəsik yetərli ola bilər. Məlumat: Bu əməliyyat xəstənin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 1 saat çəkir. Əməliyyatdan sonra qoyulan sıxıcı sarğının və ya başqa adla desək korsetin qolda 1 ay tutulması dərinin daha gözəl oturmasına səbəb olacaq. Əməliyyatdan sonra 5-7 gün qollarda gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Ağrı hissini minimallaşdırmaq məqsədi ilə sizə ağrıkəsicilər veriləcək. Əməliyyat izləri ilk bir neçə ay çəhrayı rəngdə olacaq və nəzərə çarpacaq, amma zamanla solacaq və dəri rəngində olacaq. 10 gün sonra iş həyatınıza geri dönəcəksiniz, amma 2 ay ağır qaldırmaq olmaz, ağır idman etmək olmaz, dartınmaq olmaz, sauna və solyariyə getmək olmaz. Hər əməliyyatda olduğu kimi bu əməliyyatında ağırlaşmaları ola bilər. Bunlara qanama, infeksiyalaşma, yara sağalmasında gecikmə və s. aiddir. Həkiminizin məsləhətlərinə ciddi şəkildə əməl etsəniz, ağırlaşmaların baş vermə ehtimalı çox çox minimaldır. İlk əvvəl, qollarda da hissiyyatsızlıq olacaq, amma zamanla düzələcək. Xəstələrimizin çoxusunda qarşılaşmasaqda ağırlaşmalar haqqında bilməyiniz məsləhətdir. Qeyd: Əməliyyatdan sonra qadının xarici görünüşündə olan dəyişiklik onun özünə inamını artıracaq və daha xoşbəxt edəcək.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 651
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN