SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqlarda Hipertenziya

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarda Hipertenziya
Nədir? Yeni doğulan körpələr də daxil olmaqla hər yaş uşaqda yüksək təzyiq xəstəliyi ola bilər. Çox vaxt heç bir əlamət vermir, bəzən başağrısı, başgicəllənmə, burun qanaxması və görmədə bulanıqlığa yol aça bilər. Uzun müddət davam edən yüksək təzyiq korluq, böyrək çatışmazlığı və ürək çatışmazlığına yol aça bilər.Beyin qanaxması, iflic kimi daimi beyin zədələri, nəfəs darlığı, yatmamaq, ağzından qanlı bəlğəm gəlməsi kimi əlamətlər heç nadir deyil. Buna görə təzyiqi ölçülmədən, heç bir şikayəti olmasa da, heç kimin yüksək təzyiq xəstəliyi olub olmadığı bilinməz.Əvvəlcə uşağın yaşına qol ölçüsünə uyğun təzyiq alətiylə ölçü aparmaq və təzyiq normalmı deyilmi baxmaq lazımdır. Böyüklərdə 130/80 mmHg-in (yəni 13-ə 8) daha çox olarsa bu yüksək təzyiq olaraq qəbul edilir,bir balaca uşaqda 100/70 mmHg (yəni 10-un 7) isə bu uşaq üçün yüksək ola bilər. Hər uşağın yaş, cinsiyyət, boy və çəkisinə görə normal təzyiq dəyərləri vardır. Təzyiqi ölçülən uşağın mütləq bu cədvəllərə baxaraq, normal təzyiq ölçüsü o uşaq üçün neçə olacağı müəyyənləşdirib, ona görə yüksək təzyiq problemi olub olmadığına qərar vermək lazımdır. Böyüklərdən fərqli olaraq uşaqlarda, çox vaxt altda yatan bir xəstəlik vardır. Uşaqlarda ən çox yüksək təzyiq səbəbi böyrək xəstəlikləridir. Digər yüksək təzyiq səbəbləri ürək xəstəlikləri, hormonal xəstəliklər, damar xəstəlikləri, sınıqlar, metabolik xəstəliklər, yanıqlar, dərmanlar və kəskin allergik reaksiyalarıdır. Xüsusilə də kiçik uşaqlarda; Böyrək-ürək-damar anomaliyaları, kistik böyrək xəstəliyi, böyrəyin ana arteriyasında darlıq (renal arter stenozu), böyrəkdə inkişafla bağlı pozuntu, ürəyin ana damarında daralma (aorta koarktasyonu), göbək damarına kateter taxmaq, böyrək damarında qan laxtası olması və s. kimi bəzi səbəblər yüksək təzyiqə daha çox səbəb olur. Uşaqlarda təzyiq yüksəkliyinə yol açan damar darlıqlarından başqa böyrək xəstəlikləri; Nefritlər (kəskin və ya xroniki), nefrotik sindrom (böyrəkdən albumin qaçış xəstəliyi), IgA nefropatiyasıdır. Lupus, PAN, HSP kimi bəzi romatizmal xəstəliklər də təzyiq yüksəkliyi ilə birlikdə ola bilər. Gündəlik həyatda tez-tez istifadə edilən bəzi öskürək siropları, burun damlaları (durğunluğa qarşı), kortizon, amfetamin kimi bəzi dərmanlar da təzyiq yüksəkliyinə səbəb ola bilər. Çox nadir hallarda hormon ifraz edən bəzi vəzilər də yüksək təzyiq xəstəliyinə səbəb ola bilər. Uşaqlarda, yeniyetmələrdə görülən "primer” tip yəni əsas yüksək təzyiq də ola bilər. Günümüzdə getdikcə artan daha ,ox gördüyümüz obezite (hədsiz köklük) yüksək təzyiqin ən çox səbəblərindən biridir. Hərəkətsiz həyat, kompüter və televizor kimi hərəkəti məhdudlaşdıran vərdişlər, "fast-food” dediyimiz çoxlu yağ və qoruyucu maddə ehtiva edən kotlet, kola, çips, şirniyyat kimi hazır ərzaq istehlakının çox artması obezite üçün ən başda gələn səbəblərdir. Obezite, yalnız yüksək təzyiq deyil, şəkər xəstəliyi və xolesterinin yüksəlməsinə də yol açır. Əsas yüksək təzyiqin qarşısının alınması və müalicəsi üçün düzgün qidalanma (tərəvəz və balıq), nizamlı məşq və intensiv duz qəbulundan çəkinmək lazımdır. Hər uşağın ən azı ildə bir dəfə, təzyiqinin ölçülməsi, əgər təzyiq yüksək isə altda yatan xəstəliyin təyin edilməsi vacibdir. Dərman müalicəsində; Dərmanlardan mütəmadi olaraq istifadə edilməkidir,təzyiq aşağı düşməsə dərmandan istifadə kəsilməməlidir, yan təsirlərinə görə həkim tərəfindən təqib edilməsi vacibdir. Yüksək təzyiq vaxtında müalicə edilməz isə göz, böyrək və ürək prioritet olmaqla orqanları sıradan çıxartdığı unudulmamalıdır, vaxtında diaqnoz və müalicə ilə gələcəkdə yarana biləcək bəlaların qarşısının alına biləcəyi yadda saxlanılmalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 633
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN