loading...

Onu yemirəm bunu yemirəm

whatsappda paylaş Whatsapp-la göndər
Onu yemirəm bunu yemirəm
Yemək seçmək istər böyüklər istərsə də uşaqlar üçün ciddi bir problemdir.Uşaqlarda bu problemin mövcud olmasına səbəb böyüklərdir.Belə ki uşaqlar bu problemi ilk öncə böyüklərdə müşahidə edir,sonra da o problemi olduğu kimi mənimsəyirlər.Digər tərəfdən uşaq bu problemi təkcə evdəkilərdən yox çöldəkilərdən də mənimsəyə bilər.Təbii ki eyni şeyi bütün uşaqlara aid etmək olmaz. Məsələn hər hansı bir yeməklə bağlı acı təcrübə də uşağı yemək seçməyə sövq edə bilər.Səbəb nə olursa olsun məsələni uşağı yeməyə məcbur etməklə həll etmək olmaz.Valideynlər tərəfindən yol verilən ən böyük səhvlərdən biri də sevmədiyi yeməyi uşağa hədə qorxu gələrək (məsələn:yeməyini yeməsən yatmağa gedəcəksən,yeməyini yeməsən küçəyə çıxmayacaqsan)yedirməyə çalışmaqdır.Halbuki uşaq onsuzda o yeməyə qarşı mənfi hisslər bəsləyir.Hədə qorxu isə əksinə uşaqdaki bu mənfi hissləri daha da artırır. Digər tərəfdən siz istəsəniz də uşaq sevmədiyi yeməyi çox yeyə bilməz.Buna görə də uşağa alternativlər təqdim etməlisiniz.Məsələn,əgər siz “hər hansı bir yeməyi yeməlisən”deyirsinizsə nə qədər və necə yemək barədə də uşaq özü qərar qəbul etməlidir. Tutaq ki uşağınızın düyü yeməsini istəyirsiniz.Bunun üçün uşağınızın qarşısına müxtəlif ölçülü qaşıqlar qoyun.Uşaq istəsə o yeməkdən 1xörək qaşığı,istəsə yarım çay qaşığı yeyər.Unutmayın ki ilk mərhələdə məqsədiniz uşağınızın o yeməkdən istifadə etməsi yox,o yeməyə qarşı yemək vərdişi qazanması olmalıdır.Ona görə də ən kiçik bir təşəbbüs belə mükafatlandırılmalıdır.Digər tərəfdən sevmədiyi yeməyin dadına baxdıqdan sonra onu sevdiyi yeməklə mükafatlandıra bilərsiniz.Bundan başqa,uşağınızla alış verişə çıxaraq şəkilli boşqablar ala və sevmədiyi yeməkləri bu boşqablarla yedirə bilərsiniz.Digər tərəfdən sevmədiyi yeməkləri uşağa müxtəlif oyunlarla da yedirə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1049
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN