loading...

Sonra...

whatsappda paylaş Whatsapp-la göndər
Sonra...
Məncə,bizim problemimiz əlimizdəkilərin dəyərini bilməmək fılan deyildi.Bizim əsas problemimiz bizə doğma olan,səmimi davranan hərkəsi ömrümüz boyunca yanımızda olacağına özümüzü inandırmağımız idi.Məsələn,biz sandıq ki,nə ediriksə edək,bizi sevən insanlar heç vaxt bizi tərk etməzlər.Hər nə səhv etsək bağışlayarlar,kiməsə qarşı bir qüsurumuz olsa,həmişə görməməzlikdən gələrlər.Ona görə də qəlbini qırdığımız insanlara bir "bağışla" sözünü çox gördük,bizə bir addım atıb yaxınlaşmaq istəyən insanlardan isə uzaq durub "sonra bir gün mən də ona tərəf bir ataram"deyərək öz-özümüzü aldatdıq.““Sonra““ sözünü o qədər əzbərlədik ki,bu söz bizimlə sevdiklərimiz arasında adını qoya bilmədiyimiz bir uzaqlıq yaratdı.Sanki,ölümdən xəbərsiz insanlar kimi hərşeyi sonraya saxladıq və bu ““sonralar““ da sonralar bizim axırımıza çıxdı.Bizə dəyər verən insanları elə görməməzlikdən gəldik ki,onları elə yox saydıq ki,mövzumuz bu deyil deyə-deyə onlarla danışmağa mövzu tapa bilmədik.Gün oldu soyuq olduq,gün oldu vecimizə almadıq,gün oldu çox dəyərsizləşdirdik onları,ancaq yalnız iş işdən keçdikdən sonra anladıq hər şeyi.O sonraların birində mövzu da tapdıq,gözümüzdə ən dəyərli etdik onları,amma bir baxdıq ki,ortada nə sevdiklərimiz var,nə də bizə soyuq davranıb əvəzini çıxacaq biriləri.Çünki hərkəs sevdiyi insanlara soyuq davranmağı bacarmaz,onları üzməkdənsə,öz üzülməyi hesabına da olsa səssiz-səmirsiz çıxıb gedər.İndi mövzu yalnızlığımızdırsa,bundan şikayət etməyimiz qədər gülməli heç nə yoxdur.Nəticədə bu yalnızlığı özümüz seçmədikmi?..
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 248
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN