SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bunlar beyinə ziyan vurur!

whatsappda paylaş Whatsapp-la göndər
Bunlar beyinə ziyan vurur!
1. Yuxunun az olması Yuxunun az olması beyinin fəaliyyətinə çox mənfi təsir edir, yaddaşın, diqqətin, kiçik motorikanın zəifləməsinə səbəb olur. Bu hal xroniki xarakter daşıyırsa, beynin hüceyrələri məhv olunmağa başlayır. 2. Səhər yeməyindən imtina Səhər yeməyindən daim imtina edən insanın beynin fəaliyyəti pozulur. Səhər yeməyin olmaması qanda şəkərin səviyyəsinin düşməsinə səbəb olur. Bu isə beynin fəaliyyətini zəiflədir. 3. Şəkərin həddindən artıq miqdarda qəbulu Sübut olunub ki, şəkərin həddindən artıq miqdarda qəbulu beynin fəaliyyətinə mənfi təsir edir, beynin qidalanmasını pozur. 4. Stress Xroniki stress beynin sağlamlığına mənfi təsir edir, yaddaşı pozur və zehni zəiflədir. 5. Yuxu dərmanları və antidepressantlar Bu preparatlardan süi-istifadə edən insanlarda yaddaşın, diqqətin pozulması, hətta kəmağıllıq inkişaf edə bilər. 6. Siqaret çəkmək Siqaret çəkmək damarların (o cümlədən, beyin damarlarının) sıxılmasına səbəb olur. Bunun nəticəsində beyin ona lazım olan qidalı maddələri kifayət miqdarda almır. Bu isə, təbii ki, müxtəlif pozulmaların inkişafına təkan verir. Sübut olunub ki, siqaret çəkən insanlarda Alsheymer xəstəliyinin riski artmış olur. 7. Susuzluq Susuzluq insanın sağlamlığına çox mənfi təsir edir. Xroniki susuzluq beyinin fəaliyyətini zəiflədir. 8. Məlumatların artıqlığı Hər gün insan müxtəlif mənbələrdən (İnternet, televiziya və s.) çoxlu sayda müxtəlif məlumatlar alır. Məlumatların artıqlığı beyin üçün ziyanlıdır - stresə səbəb olur, yaddaşı zəiflədir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 465
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN