SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Cinsi münasibətin çox maraqlı faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Cinsi münasibətin çox maraqlı faydaları
1. Kalori yanmasına kömək edərək, bədəni formada saxlayır. Yarım saatlıq seks ilə 200-250 kalori sərf edərək, artıq çəkidən xilas ola bilərsiniz. Cinsi əlaqə zamanı edilən hərəkətlər, idman hərəkətləri qədər orqanizmin hərəkətililiyinə kömək edərək, daha çox arıqlamağınızı təmin edir. 2. İflic olmaq riskini azaldır. Nizamlı seks həm qadın, həm də kişi üçün iflic olmaq riskini azaldır. Ürək-damar sağlamlığını təmin edir. Aparılan 100 kişi arasındakı araşdırmalara görə, həftədə üç və daha çox sekslə məşğul olan kişilərdə infarkt riski, digərlərinə nisbətən daha azdır. 3. Yuxusuzluq problemini həll edir. Cinsi əlaqə vaxtı bədəndəki endorfin kimi bilinən hormonlar. əlaqədən sonra yerini rahat bir yuxunun təmin edilməsinə verir. 4. Qoxu almaq hissini inkişaf etdirir. Orqazm zamanı beyində ifraz olunan prolaktin hormonu, beyindəki qoxu alma hissini oyadaraq, qoxunu daha yaxşı hiss etməyinizi təmin edir. 5. Yaşlanmağı geciktirir. Türkiyəli həkim Mehmet Özgenin sözlərinə görə, ildə 100 dəfə reallaşan cinsi əlaqə yaşlanmağı geciktirir, cildi gözəlləşdirir. 6. İmmunitet sistemini gücləndirir. Aparılan araşdırmalara görə, məlum olmuşdur ki, həftədə iki və ya üç dəfə cinsi əlaqədə olmaq, immunitet sistemini gücləndirir. Beləliklə, xəsəliklərə qarşı daha çox mühafizə olunmuş olursunuz. 7. Təbii ağrı kəsicidir. Seks zamanı qadın orqanizmindəki oksitosin hormonun ifrazı nəticəsində, migren və baş ağrılarının qarşısını alır. 8. Cinsi istəyi artırır. Hr cinsi əlaqədən sonra bədəndə ifraz olan testosteron adlı hormon nəticəsində, cinsi istək getdikcə artır. Amma cinsi əlaqədən uzaqlaşdıqca isə tam tərsinə, hormon ifraz olunmaması ilə əlaqədar olaraq, cinsi istəksizlik formalaşır. 9.Orqanizmin elastikliliyini artırır və sümükləri gücləndirir. Nizamlı sekslə məşğul olmaq, orqanizmin elastiki artırır və testosteron hormonu nəticəsində sümüklər güclənir. 10. Menstruasiya ağrılarını azaldır. Menstruasiya ağrılarını azaltması ilə bərabər, eyni zamanda daha nizamlı menstruasiyanı təmin edir. 11. Çanaq nahiyyəsindəki qan dövranını artırır. Çanaq nahiyyəsindəki qan dövranının artması, həmin nahiyyədəki orqanların sağlamlığına olduqca faydalıdır. 12. Vaginal quruluğun qarşısını alır. Nizamlı seks vagina və çanaq nahiyyəsindəki qan dövranını atırması səbəbi ilə, xüsusilə klimaks dövründən sonra daha çox rastlanan vaginal quruluq probleminin qarşısnı alır. 13. Özünüzə güvəninizi artırar. Cinsi əlaqə zamanı özünüzü təbii halınızla, xoşbəxt, aqressiv, həyacanlı kimi duyğularınızın dəyişimi kimi eyni zamanda, gün boyu monotonluqdan da sizi uzaqlaşdıraraq, daha özünüzə güvənli hala gətirəcək. 14. Gündəlik fəaliyyətinizə pozitif təsir göstərir. Cinsi həyatı qaydasında olmayanlar, bütün fikirlərini başqa məşğuliyyətə və ya işə yönəldərək karyera yüksəlişinə bütün enerjisini sərf edən şəxlər olurlar. Cinsi həyatı qaydasında olanlar isə daha pozitif olmaqla bərabər, həm də həyata daha bağlı- xoşbəxt insanlar olurlar. Sizə sadəcə ikinizə aid bir varlıq təqdim edər, hansı ki, dünyada sadəcə onun varlığı bütün xoşbəxtliklərin açarıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 983
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN