SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Xoşbəxt münasibət üçün nə etmək lazımdır?

whatsappda paylaş Whatsapp-la göndər
Xoşbəxt münasibət üçün nə etmək lazımdır?
Prioritetiniz əriniz olmalıdır Ailədaxili bir qərarın qəbul olunmasında ərinizin sizdən öncə öz atası, anası ilə görüşməsi, eləcə də sizin öz atanız ananızla görüşməyiniz böyük problem yarada bilər. Əriniz və sizinlə əlaqəli məsələlərdə ilk öncə bir-birinizlə danışmalı, bir-birinizdən fikir almalısınız. Ailələrinizi münasibətlərinizə qarışdırmaq sizin xöşbəxt olmamağınızla nəticələnə bilər. Sağlamlığınıza diqqət edin Fiziki sağlamlıq həyatınızın bütün nöqtələrinə təsir edən əsas ünsürdür. Düzgün qidalanıb və idmanla məşğul olsanız özünüzü daha cazibədar hiss edəcəksiniz. Bu özünüzə dəyəri və özgüvəni artıracaq və dolayısıyla daha yaxşı seks həyatı deməkdir. Tək qalın Ərinizlə birlikdə zaman keçirmək çox önəmlidir. Ancaq evlilik hər zaman birlikdə olmaq demək deyil. Özünüzə, maraqlarınıza, dostlarınıza vaxt ayırın. Ayrı-ayrı vaxt keçirmək bir - birinizə danışacağınız hekayələrin də yaranmasına səbəb olaca. Beləcə münasibətiniz daha da rənglənəcək. Özünüzdə problem tapmaqdan əl çəkin Araşdırmaya görə, qadınların 25% - i bədən ölçülərinə görə kompleksə düşürlər. Hər zaman daha da arıq olmağın xəyalı ilə yaşayırlar. Hətta parnyorlarından tez-tez soruşdurları sual " Çox kökəm?" olur. Əslində bu sualları beyindən atıb bütün enerjinizi münasibətinizə sərf etməlisiniz. Birlikdə sosiallaşın Özünüzü dost ortamlarından kənarlaşdırmayın. Uşaqlarınızı evdə qoyub birlikdə dostlarınızla görüşün. Sosial ortamlarda həyat yoldaşınızı tərifləyin. "İş yerində çox müvəffəqiyyətlidir.", "Mənə belə bir surpri etdi" kimi ərinizlə qürurlandığınızı və xöşbəxt olduğunuzu göstərən sözlər deyin. Tərifi unutmayın Kişilər yataqda yaxşı olduqlarını eşitməkdən xöşbəxt olarlar. Buna görə də, "Dünən gecə bambaşqaydın" və s. tərifləri deməyi unutmayın. Bu ona verəcəyin ən yaxşı hədiyyədir. Özünəgüvən və çox daha yaxşı olmaq istəyi yaradacaqsan onda. Bir-birinizin zövqlərinə, hobbilərinə hörmətlə yanaşın Onun hobbiləri, zövqü sizin xoşunuza gəlməsə də buna hörmətlə yanaşmaq sizin borcunuzdur. Eyni hörməti də qarşı tərəfdən gözləmək sizin haqqınızdır. Həm bəlkə o sevmədiyiniz, ancaq sevgilinizin xoşuna gələn məşğuliyyət sizin də xoşunuza gələcək. Məsələn ərinizin ən böyük hobbilərindən biri futboldursa, bir gün onunla birlikdə futbol izləməyə gedin. Və ya basketbol oynamaqdan zövq alırsa, ondan sizə də basketbol oynamağı öyrətməsini və birlikdə oynamağı təklif edin. Qısacası ön yargınıza məğlub olmayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 606
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN