loading...

Dəri hüceyrələrini yeniləyən kokteyllər

whatsappda paylaş Whatsapp-la göndər
Dəri hüceyrələrini yeniləyən kokteyllər
Smuzi qida deyeri yüksek, sağlamlığa faydalı içkiye deyilir. O, müxtelif bitkilerden, meyve-terevezlerden hazırlanan qatı kokteyldir. Smuzi yüksek lif, minerallar ve vitaminler ehtiva edir, xüsusile de hezm sistemi üçün çox faydalıdır. İsti havalarda smuziye buz elave ederek serinleşdirici kimi de içilir. Çox yüngül ve doydurucu olan smuzi terkibindeki zengin antioksidantlar sayesinde deri hüceyrelerini yenileyir. Çuğundurlu ve gilemeyveli smuzi (qatı kokteyl) 1 porsiyası: 297 kalori, 5 qram yağ, 57 qram karbohidrat, 6qram lif, 41 qram şeker, 8 qram zülal ehtiva edir. Tərkibi: 2 yemek qaşığı qatıq 1/2 stekan teze sıxılmış portağal suyu 1 kasa dondurulmuş ve ya teze gilemeyve 2 yemek qaşığı yulaf ezmesi 1/2 çuğundur (50 qram) 1 çay qaşığı bal 2-3 buz qelibi Hazırlanması: Çuğunduru çiy ya da yarıbişmiş halda istifade etmek olar. Bütün erzaqları blenderden keçirin. Bu içkini çox saxlamaq olmaz. Ümumiyyetle smuzi hazırlanan kimi içilmelidir. Tropik kokteyl 1 porsiyası: 140 kalori, 0,6 qram yağ, 34,8 qram karbohidrat, 3,6 qram lif, 22 qram şeker, 2 qram zülal ehtiva edir. Tərkibi: (2 porsiya) 1 eded banan 1/2 stekan teze sıxılmış portağal suyu 1/2 kasa doğranmış ananas 1/2 stekan hindqozu suyu 1 çay qasığı cöke çay Teze nane Hazırlanması: Bütün erzaqlar püre halına gelene qeder yaxşıca qarışdırın. Nane yarpaqları ile bezeyib için. Sarı reng vermek ve ya qida deyerini artırmaq üçün qarışığa bir çay qaşığı sarıkök de elave ede bilersiniz. Kivili ve moruqlu smuzi 1 porsiyası: 198 kalori, 2 qram yağ, 43 qram karbohidrat, 5,8 qram lif, 32 qram şeker, 4,4 qram zülal ehtiva edir. Tərkibi: (3 porsiya) 2 eded kivi 1 stekan teze ve ya dondurulmuş moruq 1stekan teze sıxılmış portağal suyu 1 stekan soya südü 2 çay qaşığı çia toxumu Hazırlanması: Kivinin qabığını soyub, 4 yere bölüb bütün erzaqlarla birlikde blenderden keçirin. Moruq deneleri ile bezeyib teze halda için. Qırmızı biber, yerkökü ve pomidor kokteyli 1 porsiyası: 59 kalori, 0,6 qram yağ, 11 qram karbohidrat, 3,3 qram lif, 7,3 qram şeker, 1,8 qram zülal ehtiva edir. Tərkibi: (1 porsiya) 1 eded orta boy yerkökü 1/3 qırmızı biber 1 eded pomidor 1/2 limonun suyu Hazırlanması: Limon istisna olmaqla bütün erzaqları doğrayıb blenderden keçirin. Limonu sıxıb üzerine tökün. Eger acı biber sevirsinizse, üzerine acı qırmızı biber, ya da acı sous elave ede bilersiniz. Edviyyatlı yaşıl smuzi: 1 porsiyası: 148 kalori, 0,7 qram yağ, 35 qram karbohidrat, 8 qram lif, 22 qram şeker, 4 qram zülal ehtiva edir. Tərkibi: (2 porsiya) 1 eded yaşıl alma 1 eded portağal 1/2 xiyar 1 kiçik limon 1 fındıq denesi qeder zencefil 1 ovuc teze yaşıl noxud 1 stekan su Hazırlanması: Almanı iki yere bölüb tumunu çıxarın. Zencefil, portağal ve limonun qabığını soyun. Blendere evvelce suyu tökün. Daha sonra üzerine diger erzaqları elave edin ve blenderden keçirin. Qatı hala gelende stekanlara boşaldıb için.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 355
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN